Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Mişustin: Rusiya iqtisadiyyatın bütün əsas göstəriciləri üzrə müsbət rəqəmlərə çatıb

© Sputnik / Grigoriy Syisoev / Mediabanka keçidRusiyanın baş naziri Mixail Mişustin
Rusiyanın baş naziri Mixail Mişustin - Sputnik Azərbaycan, 1920, 11.08.2023
Abunə olmaq
Rusiyanın baş naziri Rusiya iqtisadiyyatındakı yüksək artım tempini qorumağa səsləyib.
BAKI, 11 avqust — Sputnik. İlin birinci yarısının nəticələrinə görə, Rusiya iqtisadiyyatın bütün əsas göstəricilərində müsbət dəyərlərə çatıb.
Bunu Rusiyanın baş naziri Mixail Mişustin iqtisadi məsələlərə həsr olunmuş iclasda bildirib.
"İlin birinci yarısının yekunlarına görə, biz bütün əsas göstəricilər üzrə müsbət nəticələrə nail olmuşuq. Belə ki, Rusiyanın İqtisadi İnkişaf Nazirliyinin məlumatına görə, ümumi daxili məhsul 1,5% artıb. Bu ilin ikinci rübündə isə bu rəqəm artıq 4,6% təşkil edib", - deyə o bildirib.
Baş nazir onu da əlavə edib ki, ilin birinci yarısında sənaye istehsalında dinamika, təxminən 2,5% artıb.
"Bildiyiniz kimi, əsas töhfəni istehsal sənayesi verib. Orada artım 6%-i keçib. İyunu ayrıca götürsək, bu rəqəm illik ifadədə 13%-ə çatıb", - deyə Mişustin qeyd edib.
Daha sonra Rusiyanın baş naziri Rusiya iqtisadiyyatındakı yüksək artım tempini qorumağa səsləyib.
" Daxili tələbatı yerli mal və xidmətlərlə təmin etməklə iqtisadiyyatda yüksək artım tempinin qorunması vacibdir. Yüksək artım templərini saxlamaq, daxili tələbi, ilk növbədə, yerli mal və xidmətlərlə təmin etmək, prezidentin bəhs etdiyi təklif yönümlü iqtisadiyyatı fəal şəkildə inkişaf etdirmək vacibdir", - deyə o, iqtisadi məsələlərə həsr olunmuş müşavirədə sözünə davam edib.
Baş nazir əlavə edib ki, bu məqsədlə hakimiyyət orqanları iqtisadiyyatın səmərəliliyinin, məşğulluğun və investisiya fəallığının artırılmasına yönəlmiş tədbirlərin həyata keçirilməsini davam etdirəcək.
Xəbər lenti
0