Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Yango-nun məlumatları xüsusi xidmət orqanları üçün qapalıdır - Açıqlama

© Sputnik / Григорий СысоевTaksi, arxiv şəkli
Taksi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 10.08.2023
Abunə olmaq
Şirkətin məlumatında bildirilir ki, Azərbaycanda və digər ölkələrdə xidmət Hollandiya hüquqi şəxsləri tərəfindən təmin edilir.
BAKI, 10 avqust - Sputnik. Yango taksi xidməti şirkətin məlumat bazalarına xüsusi xidmət orqanlarının çıxışının olub-olmaması ilə bağlı mətbuat üçün açıqlama verib. Şirkətdən daxil olan məlumatda bildirilir ki, Rusiya hüquq-mühafizə orqanları Azərbaycanda istifadəçilərin səfər məlumatlarına daxil ola bilmir.

"Rusiya qanunvericiliyi Yango-nun beynəlxalq biznesinə və onun istifadəçilərinə şamil edilmir. Bu, sentyabrın 1-dən sonra da dəyişməyəcək", - deyə açıqlamada vurğulanır.

Daha sonra bildirilir ki, Azərbaycanda və digər ölkələrdə xidmət Hollandiya hüquqi şəxsləri tərəfindən təmin edilir:
"Şirkət istifadəçi məlumatlarını respublikanın qanunvericiliyinə və GDPR standartlarına uyğun olaraq emal edir, həmçinin məlumat subyektlərinin bütün nəzərdə tutulan hüquqlarını təmin edir".

GDPR (General Data Protection Regulation və ya Ümumi Məlumatların Qorunması Qaydaları) İnternetdə Aİ istifadəçilərinin məlumatlarını toplayan və emal edən şirkətlər üçün qaydalar toplusudur. Bu reqlament qorunma səviyyəsini artırmaq və vətəndaşlara öz məlumatlarına nəzarəti təmin etmək məqsədi daşıyır.

O da qeyd olunur ki, əvvəllər olduğu kimi, xidmətin Rusiyadan kənarda fəaliyyəti ilə bağlı məlumatlar yalnız Hollandiya hakimiyyətinin Hollandiya hüquqi şəxsinə rəsmi sorğusu əsasında və yalnız müəyyən edilmiş beynəlxalq prosedurlar çərçivəsində tələb oluna bilər.

"Şirkətimiz SOC2/3 beynəlxalq ictimai hesabatı ilə təsdiqlənən yüksək təhlükəsizlik siyasəti standartlarına malikdir", - deyə açıqlamada bildirilir.

© Sputnik / Аюш Пачнанда / Mediabanka keçidMoskva və Londonda Yandex.Lavka və Yango Deli xidmətlərinin fəaliyyəti, arxiv
Работа сервисов Яндекс.Лавка и Yango Deli в Москве и Лондоне - Sputnik Azərbaycan, 1920, 10.08.2023
Moskva və Londonda Yandex.Lavka və Yango Deli xidmətlərinin fəaliyyəti, arxiv
Qeyd edək ki, sentyabrın 1-dən Rusiyada taksi haqqında yeni qanun qüvvəyə minir.
O, həmçinin taksi xidmətlərinin Federal Təhlükəsizlik Xidmətinə (FTX) sifarişləri qəbul etmək, saxlamaq, emal etmək və ötürmək üçün istifadə olunan məlumat bazalarına çıxışı təmin etmək öhdəliyini nəzərdə tutur.
Hökumət bu cür məlumatların FTX-yə ötürülməsi prosedurunu artıq təsdiqləyib. Belə ki, əgər şirkət internet vasitəsilə fəaliyyət göstərirsə, söhbət “gecə-gündüz məsafədən giriş”dən gedir.
Onu da qeyd edək ki, Gürcüstanın Fərdi Məlumatların Mühafizəsi Xidməti Yandex Go xidməti (Yandex.Taksi əsasında yaradılmış) tərəfindən istifadəçi məlumatlarının emalının qanuniliyini yoxlamağa başlayıb. Bu barədə RBK idarəyə istinadən məlumat yayıb.
“Yüksək ictimai marağı nəzərə alaraq, xidmət araşdırmanın nəticələri barədə sizə operativ məlumat verəcək”, - deyə xidmətdən bildirilib.
Yandex.Taksi xidməti Rusiyadan başqa Azərbaycan, Gürcüstan, Qazaxıstan, Ermənistan, Qırğızıstan və digər ölkələrdə də fəaliyyət göstərir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0