https://sputnik.az/20230810/turkiye-qara-deniz-taxil-tesebbusunun-berpasina-umid-edir---menbe-457585085.html
Türkiyə Qara dəniz taxıl təşəbbüsünün bərpasına ümid edir - Mənbə
Türkiyə Qara dəniz taxıl təşəbbüsünün bərpasına ümid edir - Mənbə
Sputnik Azərbaycan
Türkiyə Rusiyanın sazişə qayıtmasına ümid edir, İstanbul razılaşmalarının digər iştirakçıları və Qərblə müvafiq danışıqlar aparır. 10.08.2023, Sputnik Azərbaycan
2023-08-10T13:34+0400
2023-08-10T13:34+0400
2023-08-10T13:34+0400
taxıl
rusiya
saziş
türkiyə
https://cdnn1.img.sputnik.az/img/07e6/08/18/445333091_0:160:3073:1889_1920x0_80_0_0_a064fc18e05b07ec191d4db5ae4c0059.jpg
BAKI, 10 avqust — Sputnik. Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan və Rusiya lideri Vladimir Putin arasında planlaşdırılan danışıqlardan sonra Qara dəniz taxıl təşəbbüsünün bərpasına ümid edir. Moskvanın taxıl sazişi ilə bağlı mövqeyi görüşə qədər dəyişməz qalarsa, Türkiyə tərəfi prioritet məsələ kimi Rusiya taxılının Afrika dövlətlərinə göndərilməsi təşəbbüsünü həyata keçirməyi təklif edə bilər. Bu barədə yerli diplomatik mənbə TASS-a bildirib. Avqustun 8-də Türkiyə səfirləri ilə görüşdə çıxış edən Ərdoğan Ankaranın taxıl sazişinin bərpası üçün səylərini davam etdirəcəyini qeyd edib və rusiyalı həmkarı ilə danışıqlarda bu məsələdə irəliləyiş əldə olunacağına ümid etdiyini bildirib. Türkiyə prezidenti həmçinin bildirib ki, Qara dəniz təşəbbüsünün canlandırılması əsasən Qərb ölkələrinin saziş üzrə öhdəliklərini yerinə yetirməsindən asılıdır. Taxıl sazişi iyulun 18-də dayandırılıb, Rusiya Federasiyası Türkiyə, Ukrayna və BMT-ni onun uzadılmasına etirazı barədə xəbərdar edib. RF prezidenti Vladimir Putin daha əvvəl qeyd edib ki, BMT-nin səylərinə baxmayaraq, Rusiya ilə razılaşmanın şərtlərinə əməl edilməyib, çünki Qərb ölkələri vədlərinə əməl etmək niyyətində olmayıblar. Rusiya lideri dəfələrlə qeyd edib ki, Qərb Ukrayna taxılının böyük hissəsini öz dövlətlərinə ixrac edib və sövdələşmənin əsas məqsədi - ehtiyacı olan ölkələrə, o cümlədən Afrika ölkələrinə taxıl tədarükü heç vaxt həyata keçirilməyib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/08/18/445333091_171:0:2902:2048_1920x0_80_0_0_89064b48f5eaaba486d520515e03f222.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
taxıl, saziş, türkiyə
Türkiyə Qara dəniz taxıl təşəbbüsünün bərpasına ümid edir - Mənbə
Türkiyə Rusiyanın sazişə qayıtmasına ümid edir, İstanbul razılaşmalarının digər iştirakçıları və Qərblə müvafiq danışıqlar aparır.
BAKI, 10 avqust — Sputnik. Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan və Rusiya lideri Vladimir Putin arasında planlaşdırılan danışıqlardan sonra Qara dəniz taxıl təşəbbüsünün bərpasına ümid edir. Moskvanın taxıl sazişi ilə bağlı mövqeyi görüşə qədər dəyişməz qalarsa, Türkiyə tərəfi prioritet məsələ kimi Rusiya taxılının Afrika dövlətlərinə göndərilməsi təşəbbüsünü həyata keçirməyi təklif edə bilər. Bu barədə yerli diplomatik mənbə TASS-a bildirib.
"Ərdoğan və Putin arasında planlaşdırılan danışıqlarda əsas məsələlərdən biri taxıl sazişinin bərpası olacaq. Türkiyə Rusiyanın sazişə qayıtmasına ümid edir, İstanbul razılaşmalarının digər iştirakçıları və Qərblə müvafiq danışıqlar aparır. Əgər bu nəticə verməsə, çox güman ki, Ankarada Rusiya taxılının Afrikanın yoxsul ölkələrinə çatdırılması üçün Türkiyədə un emalı təşəbbüsünü prioritet olaraq həyata keçirməyi təklif edəcəklər", - mənbə bildirib.
Avqustun 8-də Türkiyə səfirləri ilə görüşdə çıxış edən Ərdoğan Ankaranın taxıl sazişinin bərpası üçün səylərini davam etdirəcəyini qeyd edib və rusiyalı həmkarı ilə danışıqlarda bu məsələdə irəliləyiş əldə olunacağına ümid etdiyini bildirib. Türkiyə prezidenti həmçinin bildirib ki, Qara dəniz təşəbbüsünün canlandırılması əsasən Qərb ölkələrinin saziş üzrə öhdəliklərini yerinə yetirməsindən asılıdır.
Taxıl sazişi iyulun 18-də dayandırılıb, Rusiya Federasiyası Türkiyə, Ukrayna və BMT-ni onun uzadılmasına etirazı barədə xəbərdar edib.
RF prezidenti Vladimir Putin daha əvvəl qeyd edib ki, BMT-nin səylərinə baxmayaraq, Rusiya ilə razılaşmanın şərtlərinə əməl edilməyib, çünki Qərb ölkələri vədlərinə əməl etmək niyyətində olmayıblar.
Rusiya lideri dəfələrlə qeyd edib ki, Qərb Ukrayna taxılının böyük hissəsini öz dövlətlərinə ixrac edib və sövdələşmənin əsas məqsədi - ehtiyacı olan ölkələrə, o cümlədən Afrika ölkələrinə taxıl tədarükü heç vaxt həyata keçirilməyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.