Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Rusiya MN Ukrayna ordusunun itkilərini açıqladı

© SputnikUkrayna ordusunun məhv ediulmiş tankı, arxiv şəkli
Ukrayna ordusunun məhv ediulmiş tankı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 10.08.2023
Abunə olmaq
Ötən sutka ərzində Rusiya hərbçiləri Ukrayna Silahlı Qüvvələrinin 63-cü və 110-cu mexanikləşdirilmiş briqadalarının iki komanda məntəqəsinə hücum edib.
BAKI, 10 avqust — Sputnik. Cənubi-Donetsk istiqamətindəki Rusiya qoşunları "DXR"in Urojayno bölgəsində düşmənin iki hücumunu dəf edib, Kiyev ordusu sutka ərzində 130-dan çox hərbi qulluqçu, iki zirehli texnika və özüyeriyən "Qiasint-S" silahını itirib. Bu barədə Rusiya Müdafiə Nazirliyinin xüsusi hərbi əməliyyatın gedişatına dair gündəlik hesabatında bildirilib.
Zaporojye istiqaməti
Zaporojye istiqamətində Rusiya ordusu aviasiya və artilleriyanın dəstəyi ilə Zaporojye vilayətinin Uspenovka kəndi yaxınlığında Ukrayna Silahlı Qüvvələrinin 46-cı aeromobil briqadasının hücumunu dəf edib.
"125-ə qədər ukraynalı hərbçi, bir tank, iki zirehli döyüş maşını, iki avtomobil, üç Msta-B haubitsası, həmçinin D-20 və D-30 topları məhv edilib", - məlumatda bildirilib.
Donetsk istiqaməti
Nazirliyin məlumatına görə, Donetsk istiqamətində "Cənub" qoşun qruplaşmasının bölmələri aviasiya və artilleriya ilə "DXR"in Beloqorovka, Novomxailovka və Artemovsk ərazilərində Ukrayna hücum qruplarının 17 hücumunu uğurla dəf edib.
"Düşmən gün ərzində bu istiqamətdə 290-dan çox ukraynalı hərbçini, iki zirehli döyüş maşını, üç texnika, iki özüyeriyən artilleriya qurğusu – Polşa istehsalı "Krab" və "Akasia", ABŞ istehsalı olan M777 artilleriya sistemini, həmçinin iki D-20 haubitsasını itirib", - nazirlikdən bildiriblər.
Krasnoliman istiqaməti
Son 24 saat ərzində Rusiya qoşunlarının Kranosliman istiqamətində "Mərkəz" qruplaşmasının bölmələri aviasiya və artilleriya qüvvələrinin dəstəyi ilə Ukrayna Silahlı Qüvvələrinin 21-ci mexanikləşdirilmiş briqadasının hücum dəstəsinin "DXR"in Terni kəndi yaxınlığındakı hücumunu dəf edib.
"Düşmənin bu istiqamətdə ümumi itkiləri 60 Ukrayna hərbçisi, üç zirehli döyüş maşını, bir Msta-B haubitsası və "Akasiya" özüyeriyən artilleriya qurğusu olub", - deyə məlumatda bildirilir.
Kupyansk istiqaməti
"Qərb" qoşunlar qrupunun hücum dəstələri hücum əməliyyatları zamanı Kupyansk istiqamətində cəbhə xətti boyunca mövqelərini yaxşılaşdırıblar.
Onlar qeyd ediblər ki, gün ərzində Ukraynanın 14-cü və 44-cü mexanikləşdirilmiş briqadalarının bölmələrinin yeddi əks-hücumları "LXR"in Novoselovski, Xarkov vilayətinin Sinxovka və Mankovka ərazilərində uğurla dəf edilib.
"Düşmənin itkiləri 55-dən çox ukraynalı hərbçi, iki zirehli döyüş maşını, üç texnika, M109 Paladin özüyeriyən artilleriya qurğusu, həmçinin ABŞ istehsalı olan M777 artilleriya sistemi olub", - Müdafiə Nazirliyi əlavə edib.
Xerson istiqaməti
Son 24 saat ərzində Xerson istiqamətində Rusiya bölmələri 30-a qədər ukraynalı hərbçini, iki pikapı, bir D-30 haubitsasını və ABŞ istehsalı olan AN/TPQ-36 əks-batareya radarını məhv edib.
Ukrayna Silahlı Qüvvələrinin komanda məntəqələrinin və anbarlarının vurulması
Ötən sutka ərzində Rusiya hərbçiləri Ukrayna Silahlı Qüvvələrinin 63-cü və 110-cu mexanikləşdirilmiş briqadalarının iki komanda məntəqəsinə hücum edib.
"Bundan əlavə, Dıleevka ("DXR") qəsəbəsi ərazisində Ukrayna Silahlı Qüvvələrinin 28-ci mexanikləşdirilmiş briqadasının silah-sursat anbarı məhv edilib", - nazirlik bildirib.
Ümumilikdə, gün ərzində Rusiya ordusu 146 rayonda Ukrayna Silahlı Qüvvələrinin canlı qüvvəsi və hərbi texnikasına zərbələr endirib.
Hava hücumundan müdafiə işi
Rusiyanın hava hücumundan müdafiə sistemləri sutka ərzində beş HIMARS və Uraqan reaktiv yaylım atəş sisteminin qarşısını alıb, bundan əlavə, Ukraynanın 38 PUA-sı vurulub.
Əməliyyat başlayandan
Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan bu günə kimi aşağıdakılar məhv edilib: 458 təyyarə, 245 helikopter, 5638 pilotsuz uçuş aparatı, 428 zenit-raket kompleksi, 11216 tank və digər zirehli döyüş texnikası, 1144 ədəd reaktiv buraxılışlı döyüş maşın, raket sistemləri, 5837 səhra artilleriya qurğusu və minaatan, o cümlədən 12165 ədəd xüsusi təyinatlı hərbi maşın.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0