Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

"RT" telekanalı hərbi müxbirlər üçün beynəlxalq mükafata ərizələrin qəbuluna başlayır

© Sputnik / Ilya Pitalev / Mediabanka keçidRT telekanalının ofisi
RT telekanalının ofisi - Sputnik Azərbaycan, 1920, 10.08.2023
Abunə olmaq
"Khaled Alkhateb International Memorial Awards" "RT Arabic" ilə əməkdaşlıq edən 25 yaşlı jurnalist Xalid əl-Xatibin xatirəsinə təsis edilib.
BAKI, 10 avqust — Sputnik. "RT" telekanalı münaqişə zonasından ən yaxşı iş üçün jurnalistlərə verilən illik beynəlxalq mükafat olan "Khaled Alkhateb International Memorial Awards"da iştirak üçün müraciətlərin qəbulunu açıq elan edib. Mükafat "RT Arabic" ilə əməkdaşlıq edən, 2017-ci il iyulun 30-da Suriyada həlak olmuş jurnalist Xalid əl-Xatibin xatirəsinə təsis edilib.
Xalid əl-Xatib Beynəlxalq Mükafatı aşağıdakı kateqoriyalar üzrə verilir:
"Münaqişə zonasından ən yaxşı əsər" - silahlı münaqişələr və onların nəticələri haqqında materiallar;
"Ən yaxşı iş: humanitar missiya" - münaqişə zonasında olan insanlar, mülki şəxslərə və qaçqınlara kömək haqqında hekayələr. Şəhərlərin bərpası və dinc həyata qayıtması haqqında işlər.
"Khaled Alkhateb International Memorial Awards 2023"ün qalibləri 200.000 rubl məbləğində pul mükafatı alacaqlar.
Müraciəti https://award.rt.com/ru /saytı vasitəsilə etmək mümkündür. İşlər yazılı və video formatda qəbul edilir.
Birinci il mükafatlar İraq, İrlandiya və Sinqapurdan olan iştirakçılara verilib. 2019-cu ildə Rusiya, ABŞ, İtaliya və Hindistanın nümayəndələri laureat olublar. 2020-ci ildə Rusiya, Suriya və Hindistandan olan hərbi müxbirlər mükafata layiq görülüblər. 2021-ci ildə RT Mükafatının qalibləri Rusiya, ABŞ və Yəməndən olan müharibə müxbirləridir.
Keçən il Ukraynadakı xüsusi hərbi əməliyyat haqqında işlər qəbul edilib. Qaliblər "İzvestiya", "Komsomolskaya pravda", TOK studiyası və "RİA Novosti"nin müharibə müxbirləri olub.
Mükafat təsis ediləndən bəri münsiflər heyətinə tanınmış xarici və rusiyalı jurnalistlər, o cümlədən İradə Zeynalova, Yevgeni Poddubnı və Aleksandr Kots daxildir.
"RT" kanalı "RT Arabic" ilə əməkdaşlıq edən 25 yaşlı jurnalist Xalid əl-Xatibin xatirəsinə "Khaled Alkhateb International Memorial Awards"ı təsis edib. O, 2017-ci ildə Suriyanın Homs əyalətində silahlıların raket hücumu nəticəsində həlak olub. Xalid öz hesabatlarında Suriya hökumət qüvvələri ilə terrorçular arasında gedən döyüşləri işıqlandırırdı.
2018-ci ildə Rusiya Prezidenti Vladimir Putin Xalid əl-Xatibin ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilməsi haqqında fərman imzalayıb. Medal ilk mükafatlandırma mərasimində Xalid əl-Xatibin ailəsinə təqdim edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0