https://sputnik.az/20230808/zelenskinin-silvani-tenqid-etmesi-kiyevin-ciddedeki-ugursuzlugundan-qaynaqlanir-457531655.html
Zelenskinin Silvanı tənqid etməsi Kiyevin Ciddədəki uğursuzluğundan qaynaqlanır
Zelenskinin Silvanı tənqid etməsi Kiyevin Ciddədəki uğursuzluğundan qaynaqlanır
Sputnik Azərbaycan
Qlobal Cənubun bir çox ölkələri Ukrayna münaqişəsinin həllində Rusiyaya təhlükəsizlik zəmanətlərinin verilməsini zəruri hesab edirlər. 08.08.2023, Sputnik Azərbaycan
2023-08-08T22:55+0400
2023-08-08T22:55+0400
2023-08-08T22:55+0400
vladimir zelenski
rusiya
ukrayna
aleksey puşkov
putin
vladimir putin
braziliya
https://cdnn1.img.sputnik.az/img/07e6/07/1d/444487259_0:0:3362:1892_1920x0_80_0_0_9b419d4911d5865b8d74ef670a96c29c.jpg
BAKI, 8 avqust — Sputnik. Ukrayna lideri Vladimir Zelenskinin Braziliya Prezidenti Luiz İnasiu Lula da Silvanın Ukrayna münaqişəsinin nizamlanmasında Rusiya Federasiyasına təhlükəsizlik zəmanətləri ilə bağlı sözlərinə mənfi reaksiyası Kiyevin Səudiyyə Ərəbistanında keçirilən görüşdə uğursuzluğunu təsdiqləyir. Rusiyalı senator Aleksey Puşkov belə hesab edir. "Zelenskinin Braziliyanın mövqeyinə qıcıqlanması Ciddədəki görüşün bəzi Qərb mediasının göstərməyə çalışdığı kimi, Ukrayna ilə həmrəylik nümayişinə çevrilmədiyinin daha bir sübutudur", – deyə siyasətçi özünün "Telegram" kanalında Zelenskinin Səudiyyə Ərəbistanındakı görüşdən sonra Lula da Silva haqqında tənqidi bəyanatlarını şərh edərkən yazıb. Senatorun sözlərinə görə, Qlobal Cənubun bir çox ölkələri Ukrayna münaqişəsinin həllində Rusiya Federasiyasına təhlükəsizlik zəmanətlərinin verilməsini zəruri hesab edirlər. Zelenskinin Lula da Silvanın Rusiya Prezidenti Vladimir Putinlə "razılaşmamalı" olduğuna dair bəyanatını şərh edən Puşkov vurğulayıb ki, Braziliya prezidentinin Ukrayna rəhbərinin bu cür məsləhətinə ehtiyacı yoxdur. Xatırladaq ki, avqustun 5-6-da Ciddədə, Ukraynadakı vəziyyətin həlli üzrə, təxminən otuz ölkə nümayəndəsinin iştirak etdiyi məsləhətləşmələr keçirilib. Daha əvvəl xəbər verildiyi kimi, danışıqlar zamanı heç də bütün ölkələr Zelenskinin təklif etdiyi "sülh formulu" ilə razılaşmayıb.
https://sputnik.az/20230808/zelenski-saakasvilinin-taleyini-tekrarlayacaq---volodin-457524340.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/07/1d/444487259_367:0:3098:2048_1920x0_80_0_0_c280698ff5890bf1613848be887be43a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
vladimir zelenski, ukrayna, aleksey puşkov, putin, vladimir putin, braziliya
vladimir zelenski, ukrayna, aleksey puşkov, putin, vladimir putin, braziliya
Zelenskinin Silvanı tənqid etməsi Kiyevin Ciddədəki uğursuzluğundan qaynaqlanır
Qlobal Cənubun bir çox ölkələri Ukrayna münaqişəsinin həllində Rusiyaya təhlükəsizlik zəmanətlərinin verilməsini zəruri hesab edirlər.
BAKI, 8 avqust — Sputnik. Ukrayna lideri Vladimir Zelenskinin Braziliya Prezidenti Luiz İnasiu Lula da Silvanın Ukrayna münaqişəsinin nizamlanmasında Rusiya Federasiyasına təhlükəsizlik zəmanətləri ilə bağlı sözlərinə mənfi reaksiyası Kiyevin Səudiyyə Ərəbistanında keçirilən görüşdə uğursuzluğunu təsdiqləyir.
Rusiyalı senator Aleksey Puşkov belə hesab edir.
"Zelenskinin Braziliyanın mövqeyinə qıcıqlanması Ciddədəki görüşün bəzi Qərb mediasının göstərməyə çalışdığı kimi, Ukrayna ilə həmrəylik nümayişinə çevrilmədiyinin daha bir sübutudur", – deyə siyasətçi özünün "Telegram" kanalında Zelenskinin Səudiyyə Ərəbistanındakı görüşdən sonra Lula da Silva haqqında tənqidi bəyanatlarını şərh edərkən yazıb.
Senatorun sözlərinə görə, Qlobal Cənubun bir çox ölkələri Ukrayna münaqişəsinin həllində Rusiya Federasiyasına təhlükəsizlik zəmanətlərinin verilməsini zəruri hesab edirlər.
Zelenskinin Lula da Silvanın Rusiya Prezidenti Vladimir Putinlə "razılaşmamalı" olduğuna dair bəyanatını şərh edən Puşkov vurğulayıb ki, Braziliya prezidentinin Ukrayna rəhbərinin bu cür məsləhətinə ehtiyacı yoxdur.
Xatırladaq ki, avqustun 5-6-da Ciddədə, Ukraynadakı vəziyyətin həlli üzrə, təxminən otuz ölkə nümayəndəsinin iştirak etdiyi məsləhətləşmələr keçirilib. Daha əvvəl xəbər verildiyi kimi, danışıqlar zamanı heç də bütün ölkələr Zelenskinin təklif etdiyi "sülh formulu" ilə razılaşmayıb.