https://sputnik.az/20230808/zaxarova-nulandin-nigere-seferini-ele-salib-457529217.html
Zaxarova Nulandın Nigerə səfərini ələ salıb
Zaxarova Nulandın Nigerə səfərini ələ salıb
Sputnik Azərbaycan
Rusiya XİN sözçüsü xatırladıb ki, 2013-2014-cü illərin sonunda Kiyevdə çevrilişlə nəticələnən kütləvi etirazlar başlayanda Nuland hər üç-dörd həftədən bir... 08.08.2023, Sputnik Azərbaycan
2023-08-08T19:48+0400
2023-08-08T19:48+0400
2023-08-08T19:48+0400
mariya zaxarova
rusiya
abş dövlət departamenti
niger
viktoriya nuland
ukrayna
afrika
https://cdnn1.img.sputnik.az/img/07e6/06/10/442988139_0:0:3105:1748_1920x0_80_0_0_569f6202c1b0a698c92daeadff399837.jpg
BAKI, 8 avqust — Sputnik. ABŞ dövlət katibinin müavini Viktoriya Nuland, yəqin ki, Niger məsələsində Ukrayna ssenarisinin təkrarlanacağına ümid edir. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Telegram kanalında amerikalı diplomatın çevrilişə cəhdin baş verdiyi Afrika respublikasına səfərinə münasibət bildirib. "Viktoriya Nuland düşünürdü ki, Nigerdə Ukraynada olduğu kimi eyni şeyi edə bilərlər: bir paket bulka təklif edib kələk gələcəklər? Belə banan rejimə artıq Kiyevdə rast gəlinir. 2013-2014-cü illərin sonunda Kiyevdə çevrilişlə nəticələnən kütləvi etirazlar başlayanda Nuland hər üç-dörd həftədən bir Ukraynaya gəlirdi. 2013-cü il dekabrın 11-də o, Avromaydanda olub və etirazçılarla danışıb, onlara peçenye, bulka və çörək paylayıb" - Zaxarova yazıb. Qeyd edək ki, ABŞ Dövlət Departamenti rəhbərinin müavini avqustun 7-də Nigerdə olub, qiyamçılarla danışıqlar aparıb. KİV-in məlumatına görə, dialoq 2 saata yaxın davam edib. Dövlət Departamenti qeyd edib ki, Nuland Niger hərbçilərini yüz milyonlarla dollar yardımdan məhrum etməklə hədələyib. Diplomat vurğulayıb ki, qiyamçılar konstitusiyaya zidd fəaliyyət göstərməkdə davam etmək niyyətindədir. İyulun 26-da səhər saatlarında Niger prezidentinin mühafizəsi prezident Mohamed Bazumu paytaxt Niameydəki iqamətgahında saxlayıb. Prezident qvardiyası Bazumun iqamətgahına girişi bağlayıb və danışıqlar aparanların onu azad etmək tələbini rədd edib. Üsyançıların prezidenti istefa ərizəsini imzalamağa məcbur etdikləri bildirilir, lakin o, bundan imtina edir. Nigerdə bütün qurumların işi dayandırılıb, ölkə sərhədləri bağlanıb. KİV-in məlumatına görə, üsyana səbəb Niger prezidentinin prezident qvardiyasının komandiri, general Ömər Çianinin vəzifəsindən azad edilməsi məsələsini qaldırması olub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/10/442988139_0:0:2731:2048_1920x0_80_0_0_44d8bf3aa9f4c63efa133bb3ce5aad5d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
mariya zaxarova, abş dövlət departamenti, niger, viktoriya nuland, ukrayna, afrika
mariya zaxarova, abş dövlət departamenti, niger, viktoriya nuland, ukrayna, afrika
Zaxarova Nulandın Nigerə səfərini ələ salıb
Rusiya XİN sözçüsü xatırladıb ki, 2013-2014-cü illərin sonunda Kiyevdə çevrilişlə nəticələnən kütləvi etirazlar başlayanda Nuland hər üç-dörd həftədən bir Ukraynaya gəlirdi.
BAKI, 8 avqust — Sputnik. ABŞ dövlət katibinin müavini Viktoriya Nuland, yəqin ki, Niger məsələsində Ukrayna ssenarisinin təkrarlanacağına ümid edir. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Telegram kanalında amerikalı diplomatın çevrilişə cəhdin baş verdiyi Afrika respublikasına səfərinə münasibət bildirib.
"Viktoriya Nuland düşünürdü ki, Nigerdə Ukraynada olduğu kimi eyni şeyi edə bilərlər: bir paket bulka təklif edib kələk gələcəklər? Belə banan rejimə artıq Kiyevdə rast gəlinir. 2013-2014-cü illərin sonunda Kiyevdə çevrilişlə nəticələnən kütləvi etirazlar başlayanda Nuland hər üç-dörd həftədən bir Ukraynaya gəlirdi. 2013-cü il dekabrın 11-də o, Avromaydanda olub və etirazçılarla danışıb, onlara peçenye, bulka və çörək paylayıb" - Zaxarova yazıb.
Qeyd edək ki, ABŞ Dövlət Departamenti rəhbərinin müavini avqustun 7-də Nigerdə olub, qiyamçılarla danışıqlar aparıb. KİV-in məlumatına görə, dialoq 2 saata yaxın davam edib. Dövlət Departamenti qeyd edib ki, Nuland Niger hərbçilərini yüz milyonlarla dollar yardımdan məhrum etməklə hədələyib. Diplomat vurğulayıb ki, qiyamçılar konstitusiyaya zidd fəaliyyət göstərməkdə davam etmək niyyətindədir.
İyulun 26-da səhər saatlarında Niger prezidentinin mühafizəsi prezident Mohamed Bazumu paytaxt Niameydəki iqamətgahında saxlayıb. Prezident qvardiyası Bazumun iqamətgahına girişi bağlayıb və danışıqlar aparanların onu azad etmək tələbini rədd edib. Üsyançıların prezidenti istefa ərizəsini imzalamağa məcbur etdikləri bildirilir, lakin o, bundan imtina edir. Nigerdə bütün qurumların işi dayandırılıb, ölkə sərhədləri bağlanıb. KİV-in məlumatına görə, üsyana səbəb Niger prezidentinin prezident qvardiyasının komandiri, general Ömər Çianinin vəzifəsindən azad edilməsi məsələsini qaldırması olub.