https://sputnik.az/20230808/rusiyalilar-xarici-valyuta-ile-olan-butun-emanetlerini-azaldirlar-457529693.html
Rusiyalılar xarici valyuta ilə olan bütün əmanətlərini azaldırlar
Rusiyalılar xarici valyuta ilə olan bütün əmanətlərini azaldırlar
Sputnik Azərbaycan
Ardıcıl on ikinci aydır ki, Rusiya banklarında xarici valyutada olan depozitlər azalmağa davam edir. 08.08.2023, Sputnik Azərbaycan
2023-08-08T21:27+0400
2023-08-08T21:27+0400
2023-08-08T21:27+0400
rusiya
rusiya mərkəzi bankı
xarici valyuta
rubl
https://cdnn1.img.sputnik.az/img/41836/57/418365722_0:176:3019:1874_1920x0_80_0_0_804b2d1aaef4a3f4cb1f7644ca4367fd.jpg
BAKI, 8 avqust — Sputnik. İyun ayında rusiyalılar ilk dəfə olaraq bütün mövcud: nağd pul, xarici və Rusiya hesablarında, eləcə də brokerlərdəki valyuta vəsaitlərini azaldıblar. "RİA Novosti" Mərkəzi Bankın məlumatlarını hesablayaraq bu qənaətə gəlib. Agentliyin hesablamalarına görə, rusiyalılar xarici valyutada 218 milyard dollar yığım saxlayıblar ki, bu da bir ay əvvəlki göstəricidən 1% azdır. Eyni zamanda, iyun ayında bütün yığım növləri eyni vaxtda azalıb ki, bu da Mərkəzi Bankın bu cür statistikasını 2018-ci ildə başlatmasından bəri ilk dəfə baş verib. Belə ki, ötən ilin aprelindən bəri ilk dəfə olaraq xaricdəki hesablarda olan vəsaitin həcmi 0,9% azalaraq 73 milyard dollara enib. Ardıcıl on ikinci aydır ki, Rusiya banklarında xarici valyutada olan depozitlər azalmağa davam edir - bu dəfə 2,5%, yəni 45,3 milyard dollara qədər. Rusiyalıların ən böyük valyuta əmanətləri nağd valyutada idi, baxmayaraq ki, yayın ilk ayında onlar 0,2% azalaraq 96,6 milyard dollara eniblər. Xarici valyutada broker hesablarındakı pul vəsaitləri də 9,5% azalaraq 2,9 milyard dollara düşüb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41836/57/418365722_143:0:2874:2048_1920x0_80_0_0_587ce2d9ba7e9019411176ca76c7e5a3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
rusiya mərkəzi bankı, xarici valyuta, rubl
rusiya mərkəzi bankı, xarici valyuta, rubl
Rusiyalılar xarici valyuta ilə olan bütün əmanətlərini azaldırlar
Ardıcıl on ikinci aydır ki, Rusiya banklarında xarici valyutada olan depozitlər azalmağa davam edir.
BAKI, 8 avqust — Sputnik. İyun ayında rusiyalılar ilk dəfə olaraq bütün mövcud: nağd pul, xarici və Rusiya hesablarında, eləcə də brokerlərdəki valyuta vəsaitlərini azaldıblar.
"RİA Novosti" Mərkəzi Bankın məlumatlarını hesablayaraq bu qənaətə gəlib.
Agentliyin hesablamalarına görə, rusiyalılar xarici valyutada 218 milyard dollar yığım saxlayıblar ki, bu da bir ay əvvəlki göstəricidən 1% azdır. Eyni zamanda, iyun ayında bütün yığım növləri eyni vaxtda azalıb ki, bu da Mərkəzi Bankın bu cür statistikasını 2018-ci ildə başlatmasından bəri ilk dəfə baş verib.
Belə ki, ötən ilin aprelindən bəri ilk dəfə olaraq xaricdəki hesablarda olan vəsaitin həcmi 0,9% azalaraq 73 milyard dollara enib. Ardıcıl on ikinci aydır ki, Rusiya banklarında xarici valyutada olan depozitlər azalmağa davam edir - bu dəfə 2,5%, yəni 45,3 milyard dollara qədər.
Rusiyalıların ən böyük valyuta əmanətləri nağd valyutada idi, baxmayaraq ki, yayın ilk ayında onlar 0,2% azalaraq 96,6 milyard dollara eniblər. Xarici valyutada broker hesablarındakı pul vəsaitləri də 9,5% azalaraq 2,9 milyard dollara düşüb.