Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya və İran qaz qovşağının yaradılması barədə razılığa gəliblər

© AP Photo / Petr David JosekQaz anbarı, arxiv şəkli
Qaz anbarı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 08.08.2023
Abunə olmaq
Qaz qovşağının Fars körfəzi sahillərində Eseluye bölgəsində yerləşəcəyi, Rusiya şirkətlərinin iştirakı ilə İranda istehsal olunan mavi yanacağın ora tədarük ediləcəyi ehtimalı var.
BAKI, 8 avqust — Sputnik. İran və Rusiya İslam Respublikası ərazisində qaz qovşağının yaradılmasında irəliləyiş əldə ediblər.
Bunu İslam Respublikasının neft nazirinin müavini və "National Iranian Gas Company"nin baş direktoru Məcid Çeqani bəyan edib.
"Rusiyanın təklifi İran və Rusiya arasında enerji mərkəzinin yaradılmasından ibarətdir. Bununla bağlı razılaşmalar əldə olunub. Ekspert qiymətləndirmələri və danışıqlar davam edir" - deyə o, bildirib.
Qaz qovşağının Fars körfəzi sahillərində Eseluye bölgəsində yerləşəcəyi və Rusiya şirkətlərinin iştirakı ilə İranda istehsal olunan mavi yanacağın ora tədarük ediləcəyi ehtimalı var. Gələcəkdə Tehran Türkmənistan və Qətəri də daxil etməklə layihə iştirakçılarının genişlənməsini nəzərdə tutur.
İranın neft naziri Cavad Odci hələ iyunun əvvəlində bildirib: "Biz dünyada ikinci ən böyük qaz ehtiyatına sahibik, Rusiya, Türkmənistan və Qətərin əməkdaşlığı ilə Eseluyedə qaz qovşağı yaratmağa çalışırıq".
Qeyd edək ki, mayın əvvəlində Rusiya baş nazirinin müavini Aleksandr Novak İranda elektron yanacaq ticarəti platforması formasında qaz qovşağının yaradılması imkanını və bunun üçün digər ölkələrdən tərəfdaşların cəlb edilməsinin planlaşdırıldığını açıqlayıb.
Xəbər lenti
0