Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

ABŞ Cənubi Qafqaz regionunda vəziyyəti gərginləşdirir - Antonov

© Sputnik / Илья Питалев / Mediabanka keçidAnatoli Antonov
Anatoli Antonov - Sputnik Azərbaycan, 1920, 08.08.2023
Abunə olmaq
Diplomat bildirib ki, əgər Baydenin administrasiyası həqiqətən də regionda sülhün təmin edilməsinə sadiqdirsə, o zaman Rusiyaya qarşı ittihamları və sanksiyalarla hədələmələrini dayandırmalıdır.
BAKI, 8 avqust — Sputnik. ABŞ Tbilisi, Suxum və Sxinval arasında güc tətbiq etməmək haqqında sazişin bağlanmasına şərait yaratmaq əvəzinə, Cənubi Qafqaz regionunda vəziyyəti gərginləşdirir. "RİA "Novosti" xəbər verir ki, bunu Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov deyib.
Diplomat bildirib ki, əgər Baydenin administrasiyası həqiqətən də regionda sülhün təmin edilməsinə sadiqdirsə, o zaman Rusiyaya qarşı ittihamları və sanksiyalarla hədələmələrini dayandırmalı, Rusiya ilə Gürcüstan arasında yaranan əlaqələri pozmağa çalışmamalıdır.
"Cənubi Qafqazda təhlükəsizlik və sabitliyə dair Beynəlxalq Cenevrə müzakirələri çərçivəsində praktiki işə diqqət yetirmək vacibdir. İlk növbədə, Tbilisi ilə Suxum və Tsxinvali arasında güc tətbiq etməmək haqqında hüquqi qüvvəyə malik sazişin bağlanması istiqamətində iş aparılmalıdır", - səfir deyib.
Onun fikrincə, ABŞ 2008-ci ildə baş vermiş hadisələrə görə məsuliyyəti faktiki olaraq Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin üzərinə ataraq, qəsdən vəziyyəti dəyişir.
"ABŞ baş verənlərin özünün yanlış siyasətinin nəticəsi olduğunu etiraf etməlidir. Axı Saakaşvilini hakimiyyətə məhz Qərb gətirdi, sonra isə iyrənc rejimi canfəşanlıqla dəstəklədi. ABŞ hələ də onun maraqları üçün lobbiçilik etməyə davam edir", - Antonov bildirib.
Xəbər lenti
0