https://sputnik.az/20230807/xhe-baslayandan-avropa-sirketleri-rusiya-bazarinda-en-azi-100-milyard-avro-itiribler-457500756.html
XHƏ başlayandan Avropa şirkətləri Rusiya bazarında ən azı 100 milyard avro itiriblər
XHƏ başlayandan Avropa şirkətləri Rusiya bazarında ən azı 100 milyard avro itiriblər
Sputnik Azərbaycan
Qərb ölkələrində dəfələrlə anti-Rusiya sanksiyalarının səmərəsiz olduğu barədə fikirlər səslənib. 07.08.2023, Sputnik Azərbaycan
2023-08-07T23:35+0400
2023-08-07T23:35+0400
2023-08-07T23:59+0400
rusiya
rusiya
avro
putin
ukrayna
https://cdnn1.img.sputnik.az/img/07e6/09/06/445736175_0:0:3072:1728_1920x0_80_0_0_29b699619dadf9f9931fde052dad0645.jpg
BAKI, 7 avqust — Sputnik. Ukraynada xüsusi əməliyyat başladıqdan sonra Avropanın ən böyük şirkətləri Rusiya bazarında ən azı 100 milyard avro ziyan ediblər. Bu barədə "Financial Times" qəzeti öz təhlilinə istinadən yazıb. Qəzetdə dərc edilən məlumata görə, təxminən 176 şirkət tərəfindən "aktivlərin dəyərsizləşməsi, valyuta mübadiləsi ilə bağlı xərclər və Rusiyadakı biznesinin satılması, bağlanması və ya azalması nəticəsində digər birdəfəlik xərclər" qeydə alınıb. Qeyd etmək lazımdır ki, materialda Ukrayna münaqişəsi gərginləşdikdən və Rusiya Federasiyasına qarşı bir sıra sanksiyalar tətbiq edildikdən sonra enerji və digər məhsulların daha yüksək dəyəri nəzərə alınmayıb. Rusiya Federasiyası dəfələrlə bildirib ki, ölkə bir neçə il əvvəl Qərbin Rusiyaya göstərməyə başladığı və gücləndirməyə davam etdiyi sanksiya təzyiqinin öhdəsindən gələcək. Moskvada qeyd ediblər ki, Qərbin Rusiya Federasiyasına qarşı sanksiyaların uğursuzluğunu etiraf etməyə cəsarəti çatmır. Qərb ölkələrində dəfələrlə anti-Rusiya sanksiyalarının səmərəsiz olduğu barədə fikirlər səslənib. Rusiya Prezidenti Vladimir Putin əvvəllər bəyan edib ki, Rusiyanın qarşısını almaq və onu zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır, sanksiyalar isə bütün dünya iqtisadiyyatına ciddi zərbə vurub. Onun sözlərinə görə, Qərbin əsas məqsədi milyonlarla insanın həyatını pisləşdirməkdir. Xatırladaq ki, Rusiya 2022-ci il fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" adlandırıb.O qeyd edib ki, xüsusi əməliyyat məcburi tədbirdir, Rusiyanın "əksini etmək şansı qalmadı, təhlükəsizlik riskləri elə yaradılıb ki, başqa vasitələrlə reaksiya vermək mümkün deyildi".Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/09/06/445736175_239:0:2970:2048_1920x0_80_0_0_8fd43fbce8816d6848fbfe914fce57ea.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya, avro, putin, ukrayna
rusiya, avro, putin, ukrayna
XHƏ başlayandan Avropa şirkətləri Rusiya bazarında ən azı 100 milyard avro itiriblər
23:35 07.08.2023 (Yenilənib: 23:59 07.08.2023) Qərb ölkələrində dəfələrlə anti-Rusiya sanksiyalarının səmərəsiz olduğu barədə fikirlər səslənib.
BAKI, 7 avqust — Sputnik. Ukraynada xüsusi əməliyyat başladıqdan sonra Avropanın ən böyük şirkətləri Rusiya bazarında ən azı 100 milyard avro ziyan ediblər. Bu barədə "Financial Times" qəzeti öz təhlilinə istinadən yazıb.
Qəzetdə dərc edilən məlumata görə, təxminən 176 şirkət tərəfindən "aktivlərin dəyərsizləşməsi, valyuta mübadiləsi ilə bağlı xərclər və Rusiyadakı biznesinin satılması, bağlanması və ya azalması nəticəsində digər birdəfəlik xərclər" qeydə alınıb.
Qeyd etmək lazımdır ki, materialda Ukrayna münaqişəsi gərginləşdikdən və Rusiya Federasiyasına qarşı bir sıra sanksiyalar tətbiq edildikdən sonra enerji və digər məhsulların daha yüksək dəyəri nəzərə alınmayıb.
Rusiya Federasiyası dəfələrlə bildirib ki, ölkə bir neçə il əvvəl Qərbin Rusiyaya göstərməyə başladığı və gücləndirməyə davam etdiyi sanksiya təzyiqinin öhdəsindən gələcək. Moskvada qeyd ediblər ki, Qərbin Rusiya Federasiyasına qarşı sanksiyaların uğursuzluğunu etiraf etməyə cəsarəti çatmır. Qərb ölkələrində dəfələrlə anti-Rusiya sanksiyalarının səmərəsiz olduğu barədə fikirlər səslənib.
Rusiya Prezidenti Vladimir Putin əvvəllər bəyan edib ki, Rusiyanın qarşısını almaq və onu zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır, sanksiyalar isə bütün dünya iqtisadiyyatına ciddi zərbə vurub. Onun sözlərinə görə, Qərbin əsas məqsədi milyonlarla insanın həyatını pisləşdirməkdir.
Xatırladaq ki, Rusiya 2022-ci il fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" adlandırıb.
O qeyd edib ki, xüsusi əməliyyat məcburi tədbirdir, Rusiyanın "əksini etmək şansı qalmadı, təhlükəsizlik riskləri elə yaradılıb ki, başqa vasitələrlə reaksiya vermək mümkün deyildi".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.