https://sputnik.az/20230807/ukrayna-qosunlarinin-yeni-briqadalari-agir-itkiler-verir---nyt-457505339.html
Ukrayna qoşunlarının yeni briqadaları ağır itkilər verir - NYT
Ukrayna qoşunlarının yeni briqadaları ağır itkilər verir - NYT
Sputnik Azərbaycan
Qəzet qeyd edir ki, iyunun əvvəlində Ukrayna Silahlı Qüvvələri hücuma keçməyə çalışaraq ağır itkilərlə üzləşib. 07.08.2023, Sputnik Azərbaycan
2023-08-07T20:20+0400
2023-08-07T20:20+0400
2023-08-07T20:20+0400
ukrayna
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
bölmə
nato
əks-hücum
https://cdnn1.img.sputnik.az/img/07e7/07/1f/457311507_0:170:3034:1877_1920x0_80_0_0_9d88ae10222d46f7b6e0b20278f40e97.jpg
BAKI, 7 avqust — Sputnik. Ukrayna Silahlı Qüvvələrinin (USQ) NATO tərəfindən təlim keçmiş və Qərb silahları ilə təchiz edilmiş yeni bölmələri əsasən yeni çağırışçılardan ibarətdir və əks-hücum əməliyyatı zamanı ağır itkilər verir. Bu barədə "The New York Times" Ukrayna hərbçilərinə istinadən məlumat yayıb. Bu bölmələrdən birinin komandiri nəşrə bildirib:Onun sözlərinə görə, iyun ayında əks-hücumun əvvəlində, Rusiya artilleriyasının və aviasiyasının hücumu və ərazinin minalanması ilə üzləşən briqada çox ağır itkilər verib. O, həmçinin qeyd edib ki, bir çox əsgərlər üçün bu, qəddar tanışlığa çevrilən ilk döyüş təcrübəsi olub. Nəşrin yazdığına görə, əks-hücumun hərəkətverici qüvvəsi olmalı olan Ukrayna qoşunlarının yeni briqadaları Ukrayna Silahlı Qüvvələri sıralarına çağırıldıqdan və ya könüllü daxil olduqdan sonra ilkin hərbi hazırlığı yenicə başa vurmuş çağırışçılardan formalaşdırılır. Dəstələrə çox vaxt ABŞ-da hərbi təlim keçmiş təcrübəli hərbçilər rəhbərlik edirlər. Qəzet qeyd edir ki, iyunun əvvəlində Ukrayna Silahlı Qüvvələri hücuma keçməyə çalışaraq ağır itkilərlə üzləşib. Yeni briqadalardan ən azı biri o qədər zəifləyib ki, yenidən təşkil olunmaq üçün döyüş meydanından geri çəkilib. Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi Ukrayna ordusunun iyunun 4-dən uğursuz hücum cəhdi etdiyini bildirmişdi. İyulun 11-də Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib ki, Ukrayna Silahlı Qüvvələri əks-hücum başlayandan bəri 26 mindən çox əsgər itirib.Rusiya prezidenti Vladimir Putin Ukrayna qoşunlarının heç bir istiqamətdə uğur qazanmadığını vurğulayıb. İyulun 23-də Sankt-Peterburqda Belarus lideri Aleksandr Lukaşenko ilə görüşdə o, Kiyevin əks-hücumunun uğursuz olduğunu bəyan edib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20230807/rusiya-mn-ukrayna-orudusunun-son-sutkadaki-itkilerini-aciqladi-457511822.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/07/1f/457311507_153:0:2882:2047_1920x0_80_0_0_746f9d2637e71b5c4584b6e07c2540b5.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
ukrayna, bölmə, nato, əks-hücum
ukrayna, bölmə, nato, əks-hücum
Ukrayna qoşunlarının yeni briqadaları ağır itkilər verir - NYT
Qəzet qeyd edir ki, iyunun əvvəlində Ukrayna Silahlı Qüvvələri hücuma keçməyə çalışaraq ağır itkilərlə üzləşib.
BAKI, 7 avqust — Sputnik. Ukrayna Silahlı Qüvvələrinin (USQ) NATO tərəfindən təlim keçmiş və Qərb silahları ilə təchiz edilmiş yeni bölmələri əsasən yeni çağırışçılardan ibarətdir və əks-hücum əməliyyatı zamanı ağır itkilər verir. Bu barədə "The New York Times" Ukrayna hərbçilərinə istinadən məlumat yayıb.
Bu bölmələrdən birinin komandiri nəşrə bildirib:
"Mən çoxlu əsgərlər itirmişəm, yeni gələnlərin çoxu isə psixoloji cəhətdən hazır deyil".
Onun sözlərinə görə, iyun ayında əks-hücumun əvvəlində, Rusiya artilleriyasının və aviasiyasının hücumu və ərazinin minalanması ilə üzləşən briqada çox ağır itkilər verib. O, həmçinin qeyd edib ki, bir çox əsgərlər üçün bu, qəddar tanışlığa çevrilən ilk döyüş təcrübəsi olub.
Nəşrin yazdığına görə, əks-hücumun hərəkətverici qüvvəsi olmalı olan Ukrayna qoşunlarının yeni briqadaları Ukrayna Silahlı Qüvvələri sıralarına çağırıldıqdan və ya könüllü daxil olduqdan sonra ilkin hərbi hazırlığı yenicə başa vurmuş çağırışçılardan formalaşdırılır. Dəstələrə çox vaxt ABŞ-da hərbi təlim keçmiş təcrübəli hərbçilər rəhbərlik edirlər.
Qəzet qeyd edir ki, iyunun əvvəlində Ukrayna Silahlı Qüvvələri hücuma keçməyə çalışaraq ağır itkilərlə üzləşib. Yeni briqadalardan ən azı biri o qədər zəifləyib ki, yenidən təşkil olunmaq üçün döyüş meydanından geri çəkilib.
Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi Ukrayna ordusunun iyunun 4-dən uğursuz hücum cəhdi etdiyini bildirmişdi. İyulun 11-də Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib ki, Ukrayna Silahlı Qüvvələri əks-hücum başlayandan bəri 26 mindən çox əsgər itirib.
Rusiya prezidenti Vladimir Putin Ukrayna qoşunlarının heç bir istiqamətdə uğur qazanmadığını vurğulayıb. İyulun 23-də Sankt-Peterburqda Belarus lideri Aleksandr Lukaşenko ilə görüşdə o, Kiyevin əks-hücumunun uğursuz olduğunu bəyan edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.