https://sputnik.az/20230807/turkiyenin-tehlukesizlik-surasi-avqustun-9-da-taxil-sazisini-muzakire-edecek-457520071.html
Türkiyənin Təhlükəsizlik Şurası avqustun 9-da taxıl sazişini müzakirə edəcək
Türkiyənin Təhlükəsizlik Şurası avqustun 9-da taxıl sazişini müzakirə edəcək
Sputnik Azərbaycan
Ərdoğanın sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasında taxıl sazişi və Rusiya lideri Vladimir Putinin Türkiyəyə mümkün səfəri müzakirə olunub. 07.08.2023, Sputnik Azərbaycan
2023-08-07T22:10+0400
2023-08-07T22:10+0400
2023-08-07T22:10+0400
rusiya
türkiyə
təhlükəsizlik şurası
taxıl
saziş
putin
https://cdnn1.img.sputnik.az/img/07e7/07/1b/457195397_0:0:3072:1728_1920x0_80_0_0_399dfcc94791e984fa2b47ce18a1ccd8.jpg
BAKI, 7 avqust - Sputnik. Türkiyə Milli Təhlükəsizlik Şurasının avqustun 9-da prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçiriləcək iclasında taxıl tədarükü və taxıl dəhlizi mövzusu müzakirə olunacaq. Bu barədə TASS-a Türkiyə liderinin ofisindəki mənbə bildirib.Bir qədər əvvəl Ankarada Ərdoğanın sədrliyi ilə taxıl sazişi və Rusiya lideri Vladimir Putinin Türkiyəyə mümkün səfərini müzakirə etmək üçün Nazirlər Kabinetinin iclası keçirilib.Taxıl sazişi iyulun 18-də dayandırılıb, Rusiya Federasiyası Türkiyə, Ukrayna və BMT-ni onun uzadılmasına etirazı barədə xəbərdar edib.RF prezidenti Vladimir Putin daha əvvəl qeyd edib ki, BMT-nin səylərinə baxmayaraq, Rusiya ilə razılaşmanın şərtlərinə əməl edilməyib, çünki Qərb ölkələri vədlərinə əməl etmək niyyətində olmayıblar.Rusiya lideri dəfələrlə qeyd edib ki, Qərb Ukrayna taxılının böyük hissəsini öz dövlətlərinə ixrac edib və sövdələşmənin əsas məqsədi - ehtiyacı olan ölkələrə, o cümlədən Afrika ölkələrinə taxıl tədarükü heç vaxt həyata keçirilməyib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/07/1b/457195397_341:0:3072:2048_1920x0_80_0_0_ddeeaaea8adbd5c400033cfcc7f00610.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
türkiyə, təhlükəsizlik şurası, taxıl, saziş, putin
türkiyə, təhlükəsizlik şurası, taxıl, saziş, putin
Türkiyənin Təhlükəsizlik Şurası avqustun 9-da taxıl sazişini müzakirə edəcək
Ərdoğanın sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasında taxıl sazişi və Rusiya lideri Vladimir Putinin Türkiyəyə mümkün səfəri müzakirə olunub.
BAKI, 7 avqust - Sputnik. Türkiyə Milli Təhlükəsizlik Şurasının avqustun 9-da prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçiriləcək iclasında taxıl tədarükü və taxıl dəhlizi mövzusu müzakirə olunacaq. Bu barədə TASS-a Türkiyə liderinin ofisindəki mənbə bildirib.
“Çərşənbə günü cənab prezidentin sədrliyi ilə Milli Təhlükəsizlik Şurasının iclası keçiriləcək. Onlar terrorçuluğa qarşı mübarizəni, Ukraynadakı vəziyyəti, o cümlədən Rusiyanın taxıl sazişindən çıxması ilə dayanmış taxıl tədarükü məsələlərini müzakirə edəcəklər”, - deyə agentliyin mənbəsi bildirib.
Bir qədər əvvəl Ankarada Ərdoğanın sədrliyi ilə taxıl sazişi və Rusiya lideri Vladimir Putinin Türkiyəyə mümkün səfərini müzakirə etmək üçün Nazirlər Kabinetinin iclası keçirilib.
Taxıl sazişi iyulun 18-də dayandırılıb, Rusiya Federasiyası Türkiyə, Ukrayna və BMT-ni onun uzadılmasına etirazı barədə xəbərdar edib.
RF prezidenti Vladimir Putin daha əvvəl qeyd edib ki, BMT-nin səylərinə baxmayaraq, Rusiya ilə razılaşmanın şərtlərinə əməl edilməyib, çünki Qərb ölkələri vədlərinə əməl etmək niyyətində olmayıblar.
Rusiya lideri dəfələrlə qeyd edib ki, Qərb Ukrayna taxılının böyük hissəsini öz dövlətlərinə ixrac edib və sövdələşmənin əsas məqsədi - ehtiyacı olan ölkələrə, o cümlədən Afrika ölkələrinə taxıl tədarükü heç vaxt həyata keçirilməyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.