Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Ritter: Kiyev artıq USQ-nin ağır itkilərini gizlədə bilməz

© Sputnik / РИА НовостиUSQ-nin məhv edilmiş hərbi texnikası
USQ-nin məhv edilmiş hərbi texnikası - Sputnik Azərbaycan, 1920, 07.08.2023
Abunə olmaq
Amerikalı ekspert bildirib ki, Ukraynada qəbiristanlıqların sayı həddən artıq artır.
BAKI, 7 avqust — Sputnik. Ukrayna Prezidenti Vladimir Zelenskinin ofisi artıq Ukrayna Silahlı Qüvvələrinin (USQ) sıralarında real itkiləri öz xalqından gizlədə bilmir.
Bunu ABŞ kəşfiyyatının sabiq kəşfiyyatçısı Skott Ritter “YouTube”da jurnalist Stiven Qardnerə müsahibəsində bildirib.
Amerikalı ekspertin sözlərinə görə, Ukraynada qəbiristanlıqların sayı həddən artıq artır və bunu da xalqdan gizlətmək mümkün deyil.

“Çox sayda cəsədlər evlərə gətirilir, ancaq ukraynalıların onları dəfn etmək üçün yerləri artıq tükənir”, - deyə Ritter bildirib.

ABŞ-ın sabiq kəşfiyyatçısı əlavə edib ki, USQ getdikcə daha çox insanı döyüşə ataraq Rusiya Silahlı Qüvvələrinin (RSQ) iradəsini qırmağa çalışır, lakin bu, Ukrayna ordusunun sıralarında daha böyük itkilərə səbəb olacaq.
“Hər şey Ukrayna Silahlı Qüvvələrinin yayın sonuna qədər yarım milyon insanın asanlıqla itirilməsinə doğru gedir”, - deyə Ritter fikrini yekunlaşdırıb.
Bu yaxınlarda Rusiya Müdafiə Nazirliyi bildirib ki, Ukraynanın iyun və iyul aylarında əks-hücum əməliyyatı başlayandan bəri, USQ-nin itkiləri 43 min döyüşçünü keçib.
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya 2022-ci il fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub.
Xatırladaq ki, Qərb ölkələri Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı bir neçə dəfə sanksiya paketləri tətbiq edib. Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır və sanksiyalar bütün qlobal iqtisadiyyata ciddi zərbə vurub. Onun sözlərinə görə, Qərbin əsas məqsədi milyonlarla insanın həyatını pisləşdirməkdir. O əlavə edib ki, cari hadisələr Qərbin həm siyasətdə, həm də iqtisadiyyatda qlobal hökmranlığının altından xətt çəkir. Prezidentin sözlərinə görə, Rusiya təcrid olunmaq niyyətində deyil, onu müasir dünyada sərt şəkildə təcrid etmək olmaz.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0