Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Kiyev qara transplantasiya biznesinə göz yumur - Zaxarova

© Sputnik / Максим Богодвид / Mediabanka keçidRusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova  - Sputnik Azərbaycan, 1920, 07.08.2023
Abunə olmaq
Rusiya XİN rəsmisi bildirib ki, fərdi sahibkarlar Ukrayna tərəfi ilə həm də Ukrayna Səhiyyə Nazirliyi və Prezident Aparatının əməkdaşlarının köməyi ilə işləyirlər.
BAKI, 7 avqust — Sputnik. Ukrayna qara transplantasiya üzrə dünya liderlərindən birinə çevrilib, Kiyev qanlı biznesi ört-basdır edir və buna göz yumur. Bu barədə Rusiya xarici işlər nazirliyinin sözçüsü Mariya Zaxarova "Rossiyskaya qazeta" nəşri üçün məqaləsində yazıb.

"Ukraynanın qara transplantasiya üzrə dünya liderlərindən birinə çevrildiyi çoxdan məlumdur. Ölən insanların cəsədlərindən orqanların qanunsuz çıxarılması ilə bağlı qalmaqallar 1990-cı illərin sonlarından yaranmağa başlayıb və bu, ölkədə sosial-iqtisadi vəziyyətin pisləşməsi ilə bağlı olub",- Zaxarovanın məqaləsində deyilir.

O əlavə edib ki, 2023-cü ilin iyununda Ukrayna-Slovakiya sərhədində hansısa bir xeyriyyə təşkilatının əməkdaşı olan və ukraynalı uşaqların xaricə satışı, o cümlədən orqan transplantasiyası ilə məşğul olan şəxs saxlanılıb. Diplomatın sözlərinə görə, məhkəmənin həmin cinayətkar üçün müəyyən etdiyi girov məbləği cəmi bir milyon qrivna təşkil edib, onu ödədikdən sonra ağır cinayətdə təqsirləndirilən şəxs azadlığa çıxıb və qeyb olub. Zaxarova vurğulayıb ki, eyni zamanda Kiyev-Peçersk Lavrasının qubernatoru mitropolit Pavel üçün girov kimi astronomik məbləğdə 33 milyon qrivna təyin edilib.
© AFP 2024 / PIERRE-PHILIPPE MARCOUBöyrək transplantasiyası
Трансплантация почки, фото из архива - Sputnik Azərbaycan, 1920, 07.08.2023
Böyrək transplantasiyası

"Bu, açıq şəkildə göstərir ki, Ukrayna dövləti qanlı biznesi ört-basdır edir və ona göz yumur. Vladimir Zelenskinin ətrafının bu işdə iştirakını göstərən dəlillər var", - o deyib.

Diplomat qeyd edib ki, Ukraynada orqanlar yalnız onlayn deyil, həm də oflayn rejimdə satılır.
"2023-cü ilin iyununda NATO ölkələrindən birinin Səhiyyə Nazirliyinin nümayəndələrinin Ukrayna tərəfi ilə transplantasiyada ən çox istifadə olunan insan orqanları və bədən hissələri(gözün buynuz qişası, bəzi sümüklər, birləşdirici toxumalar, ürəklər və qaraciyər) daşıya bilən soyuducu maşının tədarükü barədə razılığa gəldiyinə dair sübutlar var", - Zaxarova bildirib.
O, əlavə edib ki, fərdi sahibkarlar Ukrayna tərəfi ilə həm də Ukrayna Səhiyyə Nazirliyi və Prezident Aparatının əməkdaşlarının köməyi ilə işləyirlər.
"Əgər kimsə indi səs-küy salsa ki bu ola bilməz, sizə xatırladım: Ukraynada ölümündən sonra donorluq və orqanların xaricə satışı qanuniləşdirilib. Qəribədir ki, Zelenskinin komandasının üzvləri bu məlumatı ictimailəşdirməkdə maraqlı deyillər", - o, diplomatın sözlərinə əlavə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0