Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya və Çin üçün ən vacib vəzifə ikitərəfli münasibətlərin inkişafıdır - Van i

© AFP 2024 / KOK KYÇinin xarici işlər naziri Van İ
Çinin xarici işlər naziri Van İ - Sputnik Azərbaycan, 1920, 07.08.2023
Abunə olmaq
Rusiya xarici işlər naziri Sergey Lavrov və Çinin xarici işlər naziri Van İ Qərb blokunun bu ölkələrə qarşı qarşıdurma siyasətini müzakirə ediblər.
BAKI, 7 avqust - Sputnik. Rusiya Federasiyası və Çin üçün ən mühüm vəzifə iki ölkə liderlərinin konsensusunu həyata keçirmək və ikitərəfli münasibətlərin davamlı inkişafına kömək etməkdir.RİA Novosti-nin xəbərinə görə, bu barədə Çinin xarici işlər naziri Van İ bazar ertəsi Rusiya xarici işlər naziri Sergey Lavrovla telefon danışığında bildirib.

“Hazırda hər iki tərəf üçün ən mühüm vəzifə iki ölkə liderlərinin əldə etdiyi mühüm razılaşmaların həyata keçirilməsini davam etdirmək və Çin-Rusiya yüksək səviyyəli hərtərəfli tərəfdaşlıq və strateji əməkdaşlıq əlaqələrinin yeni mərhələyə qədəm qoyaraq daha da inkişafına kömək etməkdir", - deyə Çin Xarici İşlər Nazirliyi Van İ-nin sözlərini sitat gətirib.

© Sputnik / МИД РФ / Mediabanka keçidSergey Lavrov, arxiv
Министр иностранных дел РФ Сергей Лавров, фото из архива - Sputnik Azərbaycan, 1920, 07.08.2023
Sergey Lavrov, arxiv
Xatırladaq ki, Rusiya xarici işlər naziri Sergey LavrovÇinin xarici işlər naziri Van İ arasında telefon danışığı olub.
XİN rəhbərləri telefon danışığı zamanı Qərb blokunun Rusiya və Çinə qarşı qarşıdurma siyasətini, eləcə də iki ölkənin inkişafını sanksiyalar vasitəsilə əngəlləmək cəhdlərinin qəbul edilməz olduğunu bildiriblər.
"Nazirlər beynəlxalq gündəliyin bir sıra aktual məsələlərini müzakirə ediblər.Tərəflər BMT, BRİKS, ŞƏT, G20 və digər beynəlxalq strukturlar çərçivəsində Moskva və Pekin arasında konstruktiv dialoq və yüksək səviyyəli qarşılıqlı fəaliyyəti müsbət qiymətləndiriblər", - Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0