https://sputnik.az/20230804/erdogan-rusiyanin-taxil-tedaruku-ideyasini-destekleyir-457442186.html
Ərdoğan Rusiyanın taxıl tədarükü ideyasını dəstəkləyir
Ərdoğan Rusiyanın taxıl tədarükü ideyasını dəstəkləyir
Sputnik Azərbaycan
Taxıl sazişi iyulun 18-də dayandırılıb, Rusiya Federasiyası Türkiyə, Ukrayna və BMT-ni onun uzadılmasına etirazı barədə xəbərdar edib. 04.08.2023, Sputnik Azərbaycan
2023-08-04T17:58+0400
2023-08-04T17:58+0400
2023-08-04T17:58+0400
rəcəb tayyip ərdoğan
rusiya
taxıl
saziş
rusiya
ukrayna
https://cdnn1.img.sputnik.az/img/07e7/07/0b/456691295_0:161:3071:1888_1920x0_80_0_0_17bfa224128778c9fac01bb5b2191718.jpg
BAKI, 4 avqust — Sputnik. Türkiyə Rusiya Federasiyasının taxılını Türkiyədə emal edərək ən yoxsul ölkələrə tədarük etmək ideyasını həyata keçirmək üçün səy göstərir. Bunu Prezident Rəcəb Tayyib Ərdoğan bildirib. Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, taxıl sazişinəxitam veriləcəyi təqdirdə, Moskva öz vəsaiti hesabına ən yoxsul ölkələrə taxılın tədarükünü pulsuz təmin edəcək. Ərdoğan təşəbbüsün həyata keçirilməsi üçün vaxt və təchizat marşrutlarını açıqlamayıb. 2022-ci il iyulun 22-də Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən imzalanan Qara Dəniz Təşəbbüsü Odessa da daxil olmaqla üç limandan Ukrayna taxılının və ərzaq məhsullarının, eləcə də gübrələrin Qara dəniz vasitəsilə ixracını nəzərdə tutur. Bu müqavilə paket sazişin bir hissəsidir. İkinci hissə - üç il müddətinə nəzərdə tutulmuş Rusiya-BMT memorandumu - Rusiyanın ərzaq və gübrə ixracının bərpa olunmasını, Rosselxozbank-ın SWIFT-ə yenidən qoşulmasını, kənd təsərrüfatı texnikasının, ehtiyat hissələrinin tədarükünün bərpasını və bir sıra digər tədbirləri nəzərdə tutur. Taxıl sazişi iyulun 18-də dayandırılıb, Rusiya Federasiyası Türkiyə, Ukrayna və BMT-ni onun uzadılmasına etirazı barədə xəbərdar edib. Rusiya prezidenti Vladimir Putin əvvəllər qeyd edib ki, BMT-nin səylərinə baxmayaraq, Rusiya ilə razılaşmanın şərtləri yerinə yetirilməyib, çünki Qərb ölkələri vədlərinə əməl etmək niyyətində deyillər. Putin dəfələrlə qeyd edib ki, Qərb Ukrayna taxılının böyük hissəsini öz dövlətlərinə ixrac edib və sövdələşmənin əsas məqsədi - ehtiyacı olan ölkələrə, o cümlədən Afrika ölkələrinə taxıl tədarükü heç vaxt həyata keçirilməyib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/07/0b/456691295_170:0:2901:2048_1920x0_80_0_0_6c10a8111603d7541b4089762028211b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
rəcəb tayyip ərdoğan, taxıl, saziş, rusiya, ukrayna
rəcəb tayyip ərdoğan, taxıl, saziş, rusiya, ukrayna
Ərdoğan Rusiyanın taxıl tədarükü ideyasını dəstəkləyir
Taxıl sazişi iyulun 18-də dayandırılıb, Rusiya Federasiyası Türkiyə, Ukrayna və BMT-ni onun uzadılmasına etirazı barədə xəbərdar edib.
BAKI, 4 avqust — Sputnik. Türkiyə Rusiya Federasiyasının taxılını Türkiyədə emal edərək ən yoxsul ölkələrə tədarük etmək ideyasını həyata keçirmək üçün səy göstərir. Bunu Prezident Rəcəb Tayyib Ərdoğan bildirib.
Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, taxıl sazişinəxitam veriləcəyi təqdirdə, Moskva öz vəsaiti hesabına ən yoxsul ölkələrə taxılın tədarükünü pulsuz təmin edəcək.
"Biz bu problemlə bağlı Rusiya ilə eyni mövqedəyik. Qara dəniz dəhlizi ilə Rusiya Federasiyasından alınan taxılla Afrikanın ən kasıb ölkələrini təmin edəcəyik, onu burada emal edəcəyik. Hazırda bizim Kənd Təsərrüfatı, Heyvandarlıq və Qida Nazirliyimiz müvafiq işləri davam etdirir, biz onları dəstəkləməyə davam edəcəyik", – Ərdoğan jurnalistlərə deyib.
Ərdoğan təşəbbüsün həyata keçirilməsi üçün vaxt və təchizat marşrutlarını açıqlamayıb.
2022-ci il iyulun 22-də Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən imzalanan Qara Dəniz Təşəbbüsü Odessa da daxil olmaqla üç limandan Ukrayna taxılının və ərzaq məhsullarının, eləcə də gübrələrin Qara dəniz vasitəsilə ixracını nəzərdə tutur. Bu müqavilə paket sazişin bir hissəsidir. İkinci hissə - üç il müddətinə nəzərdə tutulmuş Rusiya-BMT memorandumu - Rusiyanın ərzaq və gübrə ixracının bərpa olunmasını, Rosselxozbank-ın SWIFT-ə yenidən qoşulmasını, kənd təsərrüfatı texnikasının, ehtiyat hissələrinin tədarükünün bərpasını və bir sıra digər tədbirləri nəzərdə tutur.
Taxıl sazişi iyulun 18-də dayandırılıb, Rusiya Federasiyası Türkiyə, Ukrayna və BMT-ni onun uzadılmasına etirazı barədə xəbərdar edib. Rusiya prezidenti Vladimir Putin əvvəllər qeyd edib ki, BMT-nin səylərinə baxmayaraq, Rusiya ilə razılaşmanın şərtləri yerinə yetirilməyib, çünki Qərb ölkələri vədlərinə əməl etmək niyyətində deyillər.
Putin dəfələrlə qeyd edib ki, Qərb Ukrayna taxılının böyük hissəsini öz dövlətlərinə ixrac edib və sövdələşmənin əsas məqsədi - ehtiyacı olan ölkələrə, o cümlədən Afrika ölkələrinə taxıl tədarükü heç vaxt həyata keçirilməyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.