Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Ərdoğan Putinin avqustda Türkiyəyə səfər edəcəyini açıqladı

© Sputnik / Александр Демьянчук Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan görüş zamanı
 Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan görüş zamanı - Sputnik Azərbaycan, 1920, 04.08.2023
Abunə olmaq
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bir müddət əvvəl bildirib ki, Rusiya prezidenti Vladimir Putin və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan yaxın vaxtlarda görüşmək niyyətlərini təsdiqləyiblər.
BAKI, 4 avqust — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinin avqustda Türkiyəyə səfərini səbirsizliklə gözlədiyini bildirib. Bu barədə Türkiyə KİV-i məlumat yayıb.

"Səfərin tarixi hələ müəyyən edilməyib, amma xarici işlər nazirimiz, kəşfiyyat rəhbərimiz danışıqlar aparır. Düşünürəm ki, bu səfər avqust ayı ərzində baş tutacaq", - Ərdoğan jurnalistlərə bildirib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bir müddət əvvəl bildirib ki, Rusiya prezidenti Vladimir Putin və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan yaxın vaxtlarda görüşmək niyyətlərini təsdiqləyiblər. Görüşün yeri və tarixi diplomatik kanallar vasitəsilə razılaşdırılacaq.
Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ayqustun 2-də Rusiya prezidenti Vladimir Putinlə telefonla danışıb, liderlər Rusiya prezidentinin Türkiyəyə səfəri ilə bağlı razılığa gəliblər.
Bundan əlavə, Ərdoğan və Putin taxıl sazişinin gələcəyini müzakirə ediblər.
Türkiyə lideri Ankaranın Qara dəniz təşəbbüsünün bərpasına inandığını bir daha bəyan edib.
Ankaradakı diplomatik mənbələrin verdiyi açıqlamaya görə, Türkiyə və Rusiya liderləri arasında taxıl sazişi, Ukrayna münaqişəsinin həlli kimi prinsipial məsələləri özündə ehtiva edən mühüm anlaşma baş tutmuş sayılır. Çünki Ərdoğanın Putini Ankarada qonaq etmək məqsədinin arxasında Qərb dairələrinin həll edə bilmədiyi bu iki mühüm məsələ dayanır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0