Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Forbes: USQ Qərb texnikasını itirdiyinə görə sovet tanklarından istifadə etməyə başlayıb

© SputnikУничтоженная военная техника ВСУ
Уничтоженная военная техника ВСУ - Sputnik Azərbaycan, 1920, 03.08.2023
Abunə olmaq
Nəşr qeyd edib ki, Ukrayna ordusu öz mövqelərini tərk etməli olurlar.
BAKI, 3 avqust — Sputnik. Ukrayna Silahlı Qüvvələri (USQ) Qərb ölkələrinin onlara verdiyi texnikanın xeyli itkisi səbəbindən köhnə sovet tanklarından istifadə etməyə məcbur olublar.
Bunu ABŞ-ın hərbi icmalçısı Devid Eks "Forbes" jirnalı üçün yazdığı məqalədə qeyd edib.
"Böyük itkilər səbəbindən ukraynalılar sovetin T-72 tankları və piyada döyüş maşınları (PDM) ilə daha az təchiz olunmuş briqadalarını cəbhə xəttinə atmağa başlayıblar", - deyə jurnalist bildirib.
Eks izah edib ki, Ukrayna ordusu cənub istiqamətində hücuma başlayandan bəri güclü Rusiya artilleriyası, eləcə də mina sahələri ilə üzləşiblər. Nəticədə Ukrayna Silahlı Qüvvələri öz mövqelərini tərk etməli olublar.
Nəşrin icmalçısının fikrincə, Ukrayna ordusunun komandanlığının sovet texnikasından istifadə etmək qərarı sıravi hərbçilər üçün böyük fəlakətə səbəb ola bilər. Eks izah edib ki, əgər belə bir tank minanın üstündən keçərsə, orada hərbçilərin sağ qalmaq şansı demək olar ki, olmayacaq.
Bu yaxınlarda jurnalist Bredli Devlin bildirib ki, USQ-nin Rusiyanın müdafiəsini yarması üçün bir ildən çox vaxt lazımdır. O qeyd edib ki, Ukrayna Silahlı Qüvvələrinin uzun sürən hücumu iki aydır ki, dayanıb.
Rusiyanın müdafiə naziri Sergey Şoyqu bu yaxınlarda USQ-nin 2023-cü ilin iyul ayına olan itkilərini (20,824 nəfər və 2,227 ədəd silah) açıqlayıb. Xüsusilə Ukrayna ordusu İngiltərə, ABŞ, Almaniya, Fransa və Polşa istehsalı olan 10 "Leopard" tankını, 11 "Bradley" PDM , 40 M 777 artilleriya sistemi və 50 özüyeriyən artilleriya qurğusunu itirib. Nazir qeyd edib ki, Qərb dövlətləri tərəfindən Ukraynaya verilən silahlar döyüş meydanında onlara uğur qazandırmır, sadəcə olaraq münaqişəni uzadır.
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya 2022-ci il fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub.
Xatırladaq ki, Qərb ölkələri Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı bir neçə dəfə sanksiya paketləri tətbiq edib. Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır və sanksiyalar bütün qlobal iqtisadiyyata ciddi zərbə vurub. Onun sözlərinə görə, Qərbin əsas məqsədi milyonlarla insanın həyatını pisləşdirməkdir. O əlavə edib ki, cari hadisələr Qərbin həm siyasətdə, həm də iqtisadiyyatda qlobal hökmranlığının altından xətt çəkir. Prezidentin sözlərinə görə, Rusiya təcrid olunmaq niyyətində deyil, onu müasir dünyada sərt şəkildə təcrid etmək olmaz.
Xəbər lenti
0