https://sputnik.az/20230802/zaxarovadan-pasinyana-cavab-rusiya-regionda-davamli-sulhe-nail-olmaq-ucun-her-seyi-edir-457380469.html
Zaxarovadan Paşinyana cavab: Rusiya regionda davamlı sülhə nail olmaq üçün hər şeyi edir
Zaxarovadan Paşinyana cavab: Rusiya regionda davamlı sülhə nail olmaq üçün hər şeyi edir
Sputnik Azərbaycan
Zaxarova: Paşinyan Rusiyanın fəaliyyətini görmək istəmir
2023-08-02T15:15+0400
2023-08-02T15:15+0400
2023-08-02T16:21+0400
mariya zaxarova
rusiya
nikol paşinyan
ermənistanın baş naziri nikol paşinyan
ermənistan
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/02/434811188_0:0:3111:1751_1920x0_80_0_0_bf76932d21864d7a37b33f6229b4c0a7.jpg
BAKI, 2 avqust — Sputnik. Rusiya Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesinin irəliləməsində maraqlıdır. Üstəlik, Rusiya Federasiyasının xüsusi əməliyyatı fonunda xarici siyasətin bəzi sahələrinin Moskva üçün daha az prioritet olmasına dair söhbətlərin faktiki əsası yoxdur. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə Ermənistanın baş naziri Nikol Paşinyanın bəyanatını şərh edərkən deyib. İyulun 25-də Ermənistanın baş naziri Nikol Paşinyan keçirdiyi mətbuat konfransında Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması çərçivəsində Rusiya Federasiyasının danışıqlarda fəallığının azaldığını qeyd edib. "Rusiya regionda davamlı sülhə nail olmaq üçün hər şeyi edir və bu, Cənubi Qafqaza tam şəkildə aiddir", - Zaxarova bildirib. Onun sözlərinə görə, əgər son aylarda Rusiyanın iştirakı ilə ən yüksək səviyyədə təmaslar baş veribsə, hansı aktivliyin azalmasından danışmaq olar. Xüsusilə, mayın 25-də Ermənistan, Rusiya Federasiyası və Azərbaycan liderlərinin üçtərəfli görüşü, iyunun 2-də üç ölkənin baş nazirlərinin müavinlərinin həmsədrliyi ilə nəqliyyat kommunikasiyalarının açılması üzrə üçtərəfli işçi qrupunun 12-ci iclası , o cüçlədən 19 may və 25 iyul tarixlərində Azərbaycan, Rusiya, Ermənistan xarici işlər nazirlərinin üçtərəfli danışıqları keçirilib. "Bu, tempin azalmasıdır? Həqiqətin gözünə baxmaq lazımdır... Yəqin ki, bu mühakimələr, şəxsi fikirlər, bəlkə də emosiyalardır, amma faktlara qulaq asmalıyıq. Məntiq anlaşılmazıdr, adamda belə bir fikir yaranır ki, 2022-ci ilə qədər bu istiqamətdə hər şey Ermənistan rəhbərliyinin fikrincə problemsiz olub", - rusiyalı diplomat bildirib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/02/434811188_209:0:2940:2048_1920x0_80_0_0_ebea7a6b674cac10e6a0185d401044b7.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
zaxarova paşinyan rusiya
Zaxarovadan Paşinyana cavab: Rusiya regionda davamlı sülhə nail olmaq üçün hər şeyi edir
15:15 02.08.2023 (Yenilənib: 16:21 02.08.2023) Rusiyalı diplomat qeyd edib ki, Moskva Cənubi Qafqazda davamlı sülhə nail olmaq üçün hər şeyi edir və üzərinə düşən bütün öhdəlikləri yerinə yetirir.
BAKI, 2 avqust — Sputnik. Rusiya Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesinin irəliləməsində maraqlıdır. Üstəlik, Rusiya Federasiyasının xüsusi əməliyyatı fonunda xarici siyasətin bəzi sahələrinin Moskva üçün daha az prioritet olmasına dair söhbətlərin faktiki əsası yoxdur. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə Ermənistanın baş naziri Nikol Paşinyanın bəyanatını şərh edərkən deyib.
İyulun 25-də Ermənistanın baş naziri Nikol Paşinyan keçirdiyi mətbuat konfransında Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması çərçivəsində Rusiya Federasiyasının danışıqlarda fəallığının azaldığını qeyd edib.
"Rusiya regionda davamlı sülhə nail olmaq üçün hər şeyi edir və bu, Cənubi Qafqaza tam şəkildə aiddir", - Zaxarova bildirib.
Onun sözlərinə görə, əgər son aylarda Rusiyanın iştirakı ilə ən yüksək səviyyədə təmaslar baş veribsə, hansı aktivliyin azalmasından danışmaq olar.
Xüsusilə, mayın 25-də Ermənistan, Rusiya Federasiyası və Azərbaycan liderlərinin üçtərəfli görüşü, iyunun 2-də üç ölkənin baş nazirlərinin müavinlərinin həmsədrliyi ilə nəqliyyat kommunikasiyalarının açılması üzrə üçtərəfli işçi qrupunun 12-ci iclası , o cüçlədən 19 may və 25 iyul tarixlərində Azərbaycan, Rusiya, Ermənistan xarici işlər nazirlərinin üçtərəfli danışıqları keçirilib.
"Bu, tempin azalmasıdır? Həqiqətin gözünə baxmaq lazımdır... Yəqin ki, bu mühakimələr, şəxsi fikirlər, bəlkə də emosiyalardır, amma faktlara qulaq asmalıyıq. Məntiq anlaşılmazıdr, adamda belə bir fikir yaranır ki, 2022-ci ilə qədər bu istiqamətdə hər şey Ermənistan rəhbərliyinin fikrincə problemsiz olub", - rusiyalı diplomat bildirib.