Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin taxılın təmənnasız tədarükünə hazırlıqlar barədə Ərdoğana məlumat verib

© Sputnik / Павел БедняковPutin
Putin - Sputnik Azərbaycan, 1920, 02.08.2023
Abunə olmaq
Rusiya tərəfi bu istiqamətdə Türkiyə və digər maraqlı dövlətlərlə əməkdaşlıq etmək niyyətində olduğunu bildirib.
BAKI, 2 avqust — Sputnik. Rusiya taxılının hətta təmənnasız əsaslarla etibarlı tədarükünə hazırlıqlar gedir.
Bunu Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla söhbət zamanı bildirib.
"Ən çox ərzaq ehtiyacı olan ölkələrin ehtiyaclarını nəzərə alaraq, Rusiya taxılının hətta təmənnasız əsaslarla tədarükü üçün etibarlı variantlar hazırlanır", - Putin deyib.
O, Rusiya tərəfinin bu istiqamətdə Türkiyə və digər maraqlı dövlətlərlə əməkdaşlıq etmək niyyətində olduğunu da qeyd edib.
Putin qeyd edib ki, Rusiya taxılının Afrikanın ən yoxsul ölkələrinə pulsuz tədarükü dərhal sabah deyil, 3-4 ay ərzində başlayacaq.
Kremldən bildiriblər ki, Putin və Ərdoğan mümkün görüşün hazırlanması barədə razılığa gəliblər.
Президент РФ Владимир Путин и президент Турции Реджеп Тайип Эрдоган, фото из архива - Sputnik Azərbaycan, 1920, 02.08.2023
RUSİYA
Ərdoğan və Putin arasında mühüm anlaşma baş tutub
Xəbər lenti
0