Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin Kadırovun anasını “Şərəf” ordeni ilə təltif edib

© Sputnik / Алексей Никольский / Mediabanka keçidVladimir Putin və Ramzan Kadırov
Vladimir Putin və Ramzan Kadırov - Sputnik Azərbaycan, 1920, 02.08.2023
Abunə olmaq
Aymani Kadırova aktiv ictimai fəaliyyətə görə Rusiya prezidentinin nəzər-diqqətini cəlb edib.
BAKI, 2 avqust — Sputnik. Rusiya Prezidenti Vladimir Putin Çeçenistan rəhbəri Ramzan Kadırovun anası Aymani Kadırovanı "Şərəf" ordeni ilə təltif edib.
Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, aktiv ictimai fəaliyyətə görə ordenlə təltif edilmə haqda fərman ötən ilin 20 oktyabrında imzalanıb.
Qeyd edək ki, Ramzan Əhməd oğlu Kadırov Rusiya prezidentinin ən sadiq adamlarından sayılır. O, 1976-cı ildə Çeçenistanın Tsentoroi şəhərində anadan olub. Rusiya Federasiyasına bağlı Çeçen Respublikasının üçüncü dövlət başçısıdır.
Dövlət başçısı olmadan əvvəl baş nazirlik vəzifəsini icra edib. Birinci Rus — Çeçen müharibəsində atası Əhməd Kadırovla birlikdə ruslara qarşı müqavimət göstərib, İkinci Rus — Çeçen müharibəsində isə Rusların yanında yer alıb.
Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar Kadırov Avropa İttifaqı, ABŞ, Böyük Britaniya, Yaponiya və bir sıra digər ölkələrin sanksiya siyahısına daxil edilib. Kadırovun sədaqəti müqabilində Putin Çeçenistana böyük maliyyə resursları göndərib.
Hazırda Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatlarını ən qüvvətli şəkildə dəstəkləyənlərdən biridir.
Xəbər lenti
0