Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Türkiyədə ilk Atom Elektrik Stansiyasının işə başlama tarixi açıqlanıb

© Sputnik Turan Saldji / Mediabanka keçidAkkuyu Atom Elektrik Stansiyasının tikintisi
Akkuyu Atom Elektrik Stansiyasının tikintisi - Sputnik Azərbaycan, 1920, 01.08.2023
Abunə olmaq
Türkiyənin energetika naziri bildirib ki, ölkəsi beş il ərzində ikinci və üçüncü atom elektrik stansiyalarının tikintisi layihələrinin icrasına başlamağı planlaşdırır.
BAKI, 1 avqust — Sputnik. Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar "Rosatom" tərəfindən inşa edilən "Akkuyu" atom elektrik stansiyasının 2024-cü il oktyabrın 29-da işə başlayacağını bildirib.

"Birinci blokda elektrik enerjisi istehsalına 2024-cü il oktyabrın 29-da başlanacaq. Digər bloklar isə bir il fasilə ilə istifadəyə veriləcək", - nazir bildirib.

İyulun əvvəlində Bayraktar təyinatından sonra ilk dəfə "Akkuyu" atom elektrik stansiyasının tikinti sahəsinə baş çəkib.
Bayraktarın sözlərinə görə, Türkiyə beş il ərzində ölkədə ikinci və üçüncü atom elektrik stansiyalarının tikintisi layihələrinin icrasına başlamağı planlaşdırır.
"İkinci AES-in tikintisi layihəsinə Rusiya, Cənubi Koreya və Fransa maraq göstərir. Trakyada üçüncü AES-in tikintisi layihəsi ilə bağlı Çinlə danışıqlar uzun illərdir ki, davam edir. Biz hökumətlərarası sazişlər hazırlamaq və təsdiq üçün parlamentə göndərilib", - nazir bildirib.
Nazir xatırladıb ki, Akkuyu AES ilə bağlı müqavilə 2010-cu ildə imzalanıb və layihənin hazırlanması, icazələrin alınması və yerlərdə hazırlıq işlərinin aparılması 3-5 il çəkib.

"Biz planlaşdırırıq ki, 2023-cü ildən 2028-ci ilə qədər olan dövrdə ikinci və üçüncü atom elektrik stansiyaları üçün lisenziyalar alınacaq və təməlin qoyulması prosesinə başlanılacaq", - nazir bildirib.

Qeyd edək ki, yeni stansiyaların tutumunun Akkuyu ilə eyni olacağı gözlənilir.
Rusiyanın iştirakı ilə tikilən Akkuyu AES Türkiyənin ilk atom elektrik stansiyasıdır. Rusiyanın qabaqcıl VVER-1200 reaktorları ilə təchiz olunacaq dörd blokun hamısının istismara verilməsindən sonra stansiyanın ildə təxminən 35 milyard kilovat-saat elektrik enerjisi istehsal edəcəyi və Türkiyənin elektrik enerjisinə olan tələbatının 10%-ə qədərini ödəyəcəyi planlaşdırılır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0