https://sputnik.az/20230801/azpromo-sankt-peterburqda-beynelxalq-antibohran-konqresinde-azerbaycani-temsil-edib-457351667.html
AZPROMO Sankt-Peterburqda Beynəlxalq Antiböhran Konqresində Azərbaycanı təmsil edib
AZPROMO Sankt-Peterburqda Beynəlxalq Antiböhran Konqresində Azərbaycanı təmsil edib
Sputnik Azərbaycan
Konqres çərçivəsində iştirakçılar arasında antiböhran idarəetməsi sahəsində Rusiya və MDB ölkələrinin qabaqcıl təcrübələrini ümumiləşdirmək üçün fikir... 01.08.2023, Sputnik Azərbaycan
2023-08-01T16:52+0400
2023-08-01T16:52+0400
2023-08-01T16:52+0400
rusiya
azpromo
sankt-peterburq
konqres
böhran
https://cdnn1.img.sputnik.az/img/07e7/08/01/457349255_0:52:1000:615_1920x0_80_0_0_2e218c80e3b9286337d7515ea0111f6f.jpg
BAKI, 1 avqust - Sputnik. İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO Sankt-Peterburq şəhərində keçirilən “Paradnaya Assambleya” Beynəlxalq Antiböhran Konqresində iştirak edib.AZPROMO-dan bildirilib ki, iki gün davam edən konqresdə Azərbaycan, Belarus, Qazaxıstan, Rusiya və Tacikistanın dövlət orqanları, nazirliklər və müvafiq qurumların nümayəndələri iştirak ediblər.Tədbirdə iştirakçılar arasında antiböhran idarəetməsi sahəsində Rusiya və MDB ölkələrinin tendensiyalarını və qabaqcıl təcrübələrini ümumiləşdirmək üçün fikir mübadiləsi aparılıb.Konqres çərçivəsində dövlət orqanları, ticarət və sənaye palataları, Antiböhran İdarəetmə Peşəkarlarının Milli İttifaqı, özünütənzimləmə təşkilatları, maliyyə şirkətləri və elektron ticarət platformalarının nümayəndələri və rəhbərləri, eləcə də hüquqşünaslar və arbitraj idarəçiləri çıxış ediblər.İştirakçılar müflisləşmə (iflas) və maliyyə sağlamlaşdırılması institutunun aktual problemlərini, MDB ölkələrində arbitraj idarəçilərinin hüquqi statusu və dövlətlərarası əməkdaşlıq imkanlarını, o cümlədən investisiya cəlbediciliyinin artırılması, mediasiya və digər məsələləri müzakirə ediblər.(Azərtac)Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/08/01/457349255_56:0:944:666_1920x0_80_0_0_1404be436e0f7aa6dc4da7ed1f2f0248.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azpromo, sankt-peterburq, konqres, böhran
azpromo, sankt-peterburq, konqres, böhran
AZPROMO Sankt-Peterburqda Beynəlxalq Antiböhran Konqresində Azərbaycanı təmsil edib
Konqres çərçivəsində iştirakçılar arasında antiböhran idarəetməsi sahəsində Rusiya və MDB ölkələrinin qabaqcıl təcrübələrini ümumiləşdirmək üçün fikir mübadiləsi aparılıb.
BAKI, 1 avqust - Sputnik. İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO Sankt-Peterburq şəhərində keçirilən “Paradnaya Assambleya” Beynəlxalq Antiböhran Konqresində iştirak edib.
AZPROMO-dan bildirilib ki, iki gün davam edən konqresdə Azərbaycan, Belarus, Qazaxıstan, Rusiya və Tacikistanın dövlət orqanları, nazirliklər və müvafiq qurumların nümayəndələri iştirak ediblər.
Tədbirdə iştirakçılar arasında antiböhran idarəetməsi sahəsində Rusiya və MDB ölkələrinin tendensiyalarını və qabaqcıl təcrübələrini ümumiləşdirmək üçün fikir mübadiləsi aparılıb.
Konqres çərçivəsində dövlət orqanları, ticarət və sənaye palataları, Antiböhran İdarəetmə Peşəkarlarının Milli İttifaqı, özünütənzimləmə təşkilatları, maliyyə şirkətləri və elektron ticarət platformalarının nümayəndələri və rəhbərləri, eləcə də hüquqşünaslar və arbitraj idarəçiləri çıxış ediblər.
İştirakçılar müflisləşmə (iflas) və maliyyə sağlamlaşdırılması institutunun aktual problemlərini, MDB ölkələrində arbitraj idarəçilərinin hüquqi statusu və dövlətlərarası əməkdaşlıq imkanlarını, o cümlədən investisiya cəlbediciliyinin artırılması, mediasiya və digər məsələləri müzakirə ediblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.