https://sputnik.az/20230731/peskov-ukraynanin-hucumu-hec-cur-alinmir-kiyev-rejiminin-uguru-yoxdur-457313907.html
Peskov: Ukraynanın hücumu heç cür alınmır, Kiyev rejiminin uğuru yoxdur
Peskov: Ukraynanın hücumu heç cür alınmır, Kiyev rejiminin uğuru yoxdur
Sputnik Azərbaycan
Kremlin nümayəndəsinin sözlərinə görə, Ukrayna çox çətin vəziyyətdədir. 31.07.2023, Sputnik Azərbaycan
2023-07-31T15:51+0400
2023-07-31T15:51+0400
2023-07-31T16:08+0400
kiyev
rusiya
xüsusi hərbi əməliyyat
ukrayna
https://cdnn1.img.sputnik.az/img/07e7/07/1f/457311484_0:160:3072:1888_1920x0_80_0_0_0c62d3f226beb0429a357d59e17f0bec.jpg
BAKI, 31 iyul — Sputnik. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Kiyev rejiminin heç bir uğur qazanmadığını bildirərək qeyd edib ki, Ukrayna bu baxımdan çox çətin vəziyyətdədir. Bu barədə Rusiya mediası xəbər verib. "Kiyev rejiminin heç bir uğuru yoxdur. Üstəlik, Kiyev rejimi çox çətin vəziyyətdədir", - deyən Kremlin nümayəndəsi, Ukrayna Silahlı Qüvvələrinin (USQ) hücumunun "Kiyevdə planlaşdırıldığı kimi nəticə vermədiyini" vurğulayıb. Peskov həmçinin bildirib ki, Kiyev rejimi çarəsiz vəziyyətdə "qəbuledilməz olan" terror aktları taktikasına əl atıb. "KP.RU" saytı yazır ki, Kiyev rejiminin çətin vəziyyətdə olduğundan danışan Peskov həmçinin qeyd edib ki, Ukrayna Şimali Atlantika Alyansının çoxmilyardlı yardımını səmərəsiz və məqsədsiz şəkildə xərcləyir və bu, Qərb ölkələrində vergi ödəyiciləri arasında suallar doğurur. Ukraynada nə baş verir? Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib. Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır. Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir. Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub. Xatırladaq ki, Qərb ölkələri Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı bir neçə dəfə sanksiya paketləri tətbiq edib. Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır və sanksiyalar bütün qlobal iqtisadiyyata ciddi zərbə vurub. Onun sözlərinə görə, Qərbin əsas məqsədi milyonlarla insanın həyatını pisləşdirməkdir. O əlavə edib ki, cari hadisələr Qərbin həm siyasətdə, həm də iqtisadiyyatda qlobal hökmranlığının altından xətt çəkir. Prezidentin sözlərinə görə, Rusiya təcrid olunmaq niyyətində deyil, onu müasir dünyada sərt şəkildə təcrid etmək olmaz.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/07/1f/457311484_171:0:2902:2048_1920x0_80_0_0_9fb335d77e4d506db4f5004e7c410a9f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
kiyev, xüsusi hərbi əməliyyat, ukrayna
kiyev, xüsusi hərbi əməliyyat, ukrayna
Peskov: Ukraynanın hücumu heç cür alınmır, Kiyev rejiminin uğuru yoxdur
15:51 31.07.2023 (Yenilənib: 16:08 31.07.2023) Kremlin nümayəndəsinin sözlərinə görə, Ukrayna çox çətin vəziyyətdədir.
BAKI, 31 iyul — Sputnik. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Kiyev rejiminin heç bir uğur qazanmadığını bildirərək qeyd edib ki, Ukrayna bu baxımdan çox çətin vəziyyətdədir.
Bu barədə Rusiya mediası xəbər verib.
"Kiyev rejiminin heç bir uğuru yoxdur. Üstəlik, Kiyev rejimi çox çətin vəziyyətdədir", - deyən Kremlin nümayəndəsi, Ukrayna Silahlı Qüvvələrinin (USQ) hücumunun "Kiyevdə planlaşdırıldığı kimi nəticə vermədiyini" vurğulayıb.
Peskov həmçinin bildirib ki, Kiyev rejimi çarəsiz vəziyyətdə "qəbuledilməz olan" terror aktları taktikasına əl atıb.
"KP.RU" saytı yazır ki, Kiyev rejiminin çətin vəziyyətdə olduğundan danışan Peskov həmçinin qeyd edib ki, Ukrayna Şimali Atlantika Alyansının çoxmilyardlı yardımını səmərəsiz və məqsədsiz şəkildə xərcləyir və bu, Qərb ölkələrində vergi ödəyiciləri arasında suallar doğurur.
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub.
Xatırladaq ki, Qərb ölkələri Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı bir neçə dəfə sanksiya paketləri tətbiq edib. Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır və sanksiyalar bütün qlobal iqtisadiyyata ciddi zərbə vurub. Onun sözlərinə görə, Qərbin əsas məqsədi milyonlarla insanın həyatını pisləşdirməkdir. O əlavə edib ki, cari hadisələr Qərbin həm siyasətdə, həm də iqtisadiyyatda qlobal hökmranlığının altından xətt çəkir. Prezidentin sözlərinə görə, Rusiya təcrid olunmaq niyyətində deyil, onu müasir dünyada sərt şəkildə təcrid etmək olmaz.