Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Peskov: Rusiya Səudiyyə Ərəbistanında Ukrayna ilə bağlı danışıqları izləyəcək

© Sputnik / Mihail Voskresenskiy / Mediabanka keçidФлаги Саудовской Аравии на одной из улиц города Джидда
Флаги Саудовской Аравии на одной из улиц города Джидда - Sputnik Azərbaycan, 1920, 31.07.2023
Abunə olmaq
Kremlin rəsmi nümayəndəsi bildirib ki, bu tədbirin məqsədlərinin nə olduğunu anlamaq lazımdır.
BAKI, 31 iyul — Sputnik. Rusiya Ukrayna məsələsi ilə bağlı Səudiyyə Ərəbistanında planlaşdırılan görüşü izləyəcək.
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərlə keçirdiyi brifinqdə deyib.
"Əlbəttə ki, Rusiya bu görüşü izləyəcək", - deyən Peskov, danışıqların təşkilatçılarının məqsədlərinin nə olduğunu və görüşdə konkret nəyin müzakirə olunacağını tam şəkildə anlamaq lazım olduğunu bildirib.
Xatırladaq ki, iyulun 29-da "The Wall Street Journal" nəşri Rusiyanın daxil olmadığı 30 ölkənin iştirakı ilə Səudiyyə Ərəbistanında Ukrayna üzrə planlaşdırılan sülh danışıqlarından bəhs edən məqalə dərc edib.
Bu yaxınlarda Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Rusiya Ukrayna ilə bağlı danışıqlar prosesindən heç vaxt imtina etməyib, əksinə, Kiyev yerli hakimiyyət orqanlarının qəbul etdiyi dekretə və ABŞ və NATO-nun simasında Qərb kuratorlarının göstərişlərinə görə danışıqlar masasına oturmaq istəmir.
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya 2022-ci il fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub.
Xatırladaq ki, Qərb ölkələri Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı bir neçə dəfə sanksiya paketləri tətbiq edib. Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır və sanksiyalar bütün qlobal iqtisadiyyata ciddi zərbə vurub. Onun sözlərinə görə, Qərbin əsas məqsədi milyonlarla insanın həyatını pisləşdirməkdir. O əlavə edib ki, cari hadisələr Qərbin həm siyasətdə, həm də iqtisadiyyatda qlobal hökmranlığının altından xətt çəkir. Prezidentin sözlərinə görə, Rusiya təcrid olunmaq niyyətində deyil, onu müasir dünyada sərt şəkildə təcrid etmək olmaz.
Xəbər lenti
0