https://sputnik.az/20230730/volqada-hava-seraiti-sebebinden-doqquz-nefer-helak-olub-ve-76-nefer-xesaret-alib-457276718.html
Volqada hava şəraiti səbəbindən doqquz nəfər həlak olub və 76 nəfər xəsarət alıb
Volqada hava şəraiti səbəbindən doqquz nəfər həlak olub və 76 nəfər xəsarət alıb
Sputnik Azərbaycan
Rusiyanın bir neçə bölgəsində görünməmiş təbii fəlakət olub
2023-07-30T14:06+0400
2023-07-30T14:06+0400
2023-07-30T14:10+0400
hava
rusiya
volqa
volqa çayı
fövqəladə hallar nazirliyi
https://cdnn1.img.sputnik.az/img/07e7/07/1e/457276549_0:320:3072:2048_1920x0_80_0_0_873786b9a8002c8f9544085e78a291fc.jpg
BAKI, 30 iyul - Sputnik. Volqa Federal Dairəsində pis hava şəraiti nəticəsində 9 nəfər həlak olub, daha 76 nəfər xəsarət alıb. Bu barədə iyulun 30-da Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Küləyin sürətinin saniyədə 27 metrə qədər güclənməsi ilə müşayiət olunan təbii fəlakət, Tatarıstan, Mari El, həmçinin Çuvaşiya, Nijni Novqorod, Ulyanovsk, Penza, Kirov və Samara bölgələrinə təsir edib. Təbii fəlakət nəticəsində 500-dən çox ağac aşıb. Hazırda 99,5 min insan işıqsız qalıb. Bundan başqa, 41 yaşayış binasının, həmçinin 7 sosial obyektin dam örtüyünə ziyan dəyib. Məlumata görə, Çuvaşiyada Morqauş rayonunda Volqada qayıq aşıb. Yeddi nəfəri xilas etmək mümkün olsa da, bir nəfər həyatını itirib. Xatırladaq ki, Mari Eldə baş verən qasırğa zamanı 7 nəfər ağacların aşması nəticəsində həlak olub. Respublikanın mülki müdafiə komitəsinin rəhbəri Aleksandr Malkin bildirib ki, hər şeyin baş verdiyi Yalçık gölü bu rayon sakinlərinin sevimli istirahət yeridir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/07/1e/457276549_341:0:3072:2048_1920x0_80_0_0_013773a1f257107ea6a80d1f06dffbb4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
hava, volqa, volqa çayı, fövqəladə hallar nazirliyi
hava, volqa, volqa çayı, fövqəladə hallar nazirliyi
Volqada hava şəraiti səbəbindən doqquz nəfər həlak olub və 76 nəfər xəsarət alıb
14:06 30.07.2023 (Yenilənib: 14:10 30.07.2023) Təbii fəlakət nəticəsində 500-dən çox ağac aşıb və hazırda 99,5 min insan işıqsız qalıb.
BAKI, 30 iyul - Sputnik. Volqa Federal Dairəsində pis hava şəraiti nəticəsində 9 nəfər həlak olub, daha 76 nəfər xəsarət alıb.
Bu barədə iyulun 30-da Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Küləyin sürətinin saniyədə 27 metrə qədər güclənməsi ilə müşayiət olunan təbii fəlakət, Tatarıstan, Mari El, həmçinin Çuvaşiya, Nijni Novqorod, Ulyanovsk, Penza, Kirov və Samara bölgələrinə təsir edib.
Təbii fəlakət nəticəsində 500-dən çox ağac aşıb. Hazırda 99,5 min insan işıqsız qalıb. Bundan başqa, 41 yaşayış binasının, həmçinin 7 sosial obyektin dam örtüyünə ziyan dəyib.
Məlumata görə, Çuvaşiyada Morqauş rayonunda Volqada qayıq aşıb. Yeddi nəfəri xilas etmək mümkün olsa da, bir nəfər həyatını itirib.
Xatırladaq ki, Mari Eldə baş verən qasırğa zamanı 7 nəfər ağacların aşması nəticəsində həlak olub. Respublikanın mülki müdafiə komitəsinin rəhbəri Aleksandr Malkin bildirib ki, hər şeyin baş verdiyi Yalçık gölü bu rayon sakinlərinin sevimli istirahət yeridir.