Ukrayna dronları Moskvanın mərkəzinə hücum edib, yaralananlar var - VİDEO
10:30 30.07.2023 (Yenilənib: 12:25 30.07.2023)
© Sputnik / Рамиль Ситдиков
/ Abunə olmaq
Moskvada məşhur “Moskva-Siti” biznes mərkəzinin binasına dron hücumu olub. Moskva vilayətinin bir sıra rayonları da dron hücumuna məruz qalıb.
BAKI, 30 iyul - Sputnik. Rusiya Müdafiə Nazirliyi bildirib ki, Kiyev rejimi üç pilotsuz təyyarə ilə Moskvada bir sıra obyektlərə qarşı terror aktı törətməyə cəhd edib.
Hərbi İdarənin məlumatına görə, bir pilotsuz təyyarə hava hücumundan müdafiə sistemi tərəfindən vurulub, ikisi radioelektron mübarizə kompleksləri tərəfindən zərərsizləşdirilib.
"İyulun 30-da səhər saatlarında Kiyev rejiminin pilotsuz uçuş aparatları ilə Moskva şəhərindəki obyektlərə qarşı terror hücumu cəhdinin qarşısı alınıb. Moskva vilayətinin Odintsovsk rayonu ərazisi üzərində bir Ukrayna PUA-sı hava hücumundan müdafiə vasitələri ilə havada məhv edilib. Daha iki pilotsuz təyyarə radioelektron mübazirə vasitələri ilə sıxışdırılıb və idarəetməni itirərək "Moskva-Siti"dəki qeyri-yaşayış binaları kompleksinin ərazisinə düşüb" - məlumatda deyilir.
Hücum nəticəsində "Moskva Siti"nin Oko-2 qülləsində baş verən partlayışda bir nəfər yaralanıb.
"Oko-2 qülləsindəki partlayış nəticəsində bir mühafizəçi xəsarət alıb. Birinci mərtəbədən dördüncü mərtəbəyə qədər şüşələr sınıb", - Fövqəladə Hallar Xidmətindən bildirilib.
Rusiya paytaxtının meri Sergey Sobyanin Ukrayna pilotsuz təyyarələrinin şəhərə hücum etdiyini təsdiqləyib.
""Moskva siti"nin ofis qülləsinin fasadları yüngül zədələnib. Bundan əlavə, Kiyev rejimi Krım obyektlərinə 25 pilotsuz uçan aparatla basqın təşkil edib. Onların hamısı hava hücumundan müdafiə və radioelektron mübarizə sistemləri vasitəsilə məhv edilib" - Rusiya Müdafiə Nazirliyi bildirib.
“Bu gecə Kiyev rejiminin iyirmi beş təyyarə tipli pilotsuz uçuş aparatı ilə Krım yarımadası ərazisindəki obyektlərdə terror aktı törətmək cəhdinin qarşısı alınıb” - Nazirliyin məlumatında deyilir.
Dəqiqləşdirilib ki, Ukraynaya məxsus 16 PUA hava hücumundan müdafiə atəşi, daha 9-u isə radioelektron mübarizə kompleksləri vasitəsilə məhv edilib.
05:00
Rusiyanın paytaxtı Moskvanın məşhur biznes mərkəzi “Moskva-Siti”nin binalarından birinin damına dron çırpılıb.
Bu barədə məlumat yerli teleqram kanallarında yayılıb.
Bildirilir ki, paytaxt Moskvanın mərkəzi ilə yanaşı Moskva vilayətinin bir sıra rayonları da dron hücumuna məruz qalıb. Partlayış səslərinin eşidildiyi qeyd edilir. Eyni zamanda, "112" teleqram kanalının məlumatına görə, iş mərkəzinə dron zərbəsi nəticəsində 1 nəfər yaralanıb. Yaralanan binanın mühafizəçisidir.
Hava hücumundan müdafiə qüvvələri dron hücumunu dəf ediblər.