Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putindən Hərbi Dəniz Qüvvələri ilə bağlı kövrək sözlər

© Sputnik / POOL / Mediabanka keçid Rusiya Prezidenti Vladimir Putin
 Rusiya Prezidenti Vladimir Putin  - Sputnik Azərbaycan, 1920, 30.07.2023
Abunə olmaq
Prezident deyib ki, əsrlər boyu Rusiya donanması vətən sərhədlərinin sarsılmaz mühafizəçisi, onun qürur və şöhrəti olub, olaraq da qalır.
BAKI, 30 iyul - Sputnik. Rusiya Prezidenti Vladimir Putin hərbi qulluqçuları, veteranları və ölkənin bütün vətəndaşlarını Hərbi Dəniz Qüvvələri Günü münasibətilə təbrik edib.
Bu barədə Rusiya mediası xəbər verib.
"Hörmətli matroslar və komandirlər, miçman və zabitlər, general və admirallar, əziz veteranlar və Rusiya vətəndaşları, sizi Hərbi Dəniz Qüvvələri Günü münasibətilə təbrik edirəm! Əsrlər boyu donanmamız Vətən sərhədlərinin sarsılmaz mühafizəçisi, onun qürur və şöhrəti olub, olaraq da qalır" - deyə Rusiya lideri bildirib.
Xatırladaq ki, bu yaxınlarda Putinin Sankt-Peterburqda Hərbi Dəniz Qüvvələri Günü münasibətilə keçirilən bayram tədbirlərinə gəldiyi bildirilib.
Xəbər lenti
0