https://sputnik.az/20230729/zaxarova-kennedi-rusiya-ile-dialoq-qurmaq-barede-beyanatdan-sonra-teqib-olunacaq-457270148.html
Zaxarova: Kennedi Rusiya ilə dialoq qurmaq barədə bəyanatdan sonra təqib olunacaq
Zaxarova: Kennedi Rusiya ilə dialoq qurmaq barədə bəyanatdan sonra təqib olunacaq
Sputnik Azərbaycan
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi qeyd edib ki, Moskva heç kimlə münasibətlərə mane olmayıb və Vaşinqtonla münasibətləri inkişaf etdirməyə... 29.07.2023, Sputnik Azərbaycan
2023-07-29T19:52+0400
2023-07-29T19:52+0400
2023-07-29T19:52+0400
rusiya
rusiya
abş
mariya zaxarova
con kennedi
https://cdnn1.img.sputnik.az/img/07e7/07/0e/456793979_0:0:3150:1773_1920x0_80_0_0_8ba25efee42c8c68fbf5ecca2ca680b9.jpg
BAKI, 29 iyul - Sputnik. ABŞ prezidentliyinə namizəd Robert Kennedi Rusiya ilə yüksək səviyyəli dialoqu müdafiə etdikdən sonra ABŞ-da təqiblərə və tənqidlərə məruz qalır. Bunu “RİA Novosti”yə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.O, Rusiyanın heç kimlə münasibətlərinə mane olmadığını və ABŞ-la münasibətləri inkişaf etdirməyə hazır olduğunu qeyd edib.“Uzun illər onları inandırmağa çalışdılar ki, bərabərhüquqlu və qarşılıqlı faydalı münasibətlər soyuq və ya isti müharibələrdən daha yaxşıdır. Amma görürsən, orda başqa məntiq hakimdir - öz eksklüzivliyi, diqtəsi, hər kəsə öz fikrini sırımaq məntiqi”, - deyə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi izah edib.Bir müddət əvvəl ABŞ prezidentliyinə namizəd Robert Kennedi Rusiya ilə yüksək səviyyəli dialoqa çağırıb. Kiçik Kennedi ABŞ-ın 35-ci prezidenti Con Kennedinin qardaşı oğludur və Demokratlar Partiyasından namizəd olmaq üçün hazırkı ABŞ lideri Co Baydenlə rəqabət aparır.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20230726/kennedi-abs-i-rusiya-ile-yuksek-seviyyeli-dialoq-qurmaga-cagirdi-457139255.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/07/0e/456793979_294:0:3023:2047_1920x0_80_0_0_1c75fb40003c18234a0a22a47b00df15.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya, abş, mariya zaxarova, con kennedi
rusiya, abş, mariya zaxarova, con kennedi
Zaxarova: Kennedi Rusiya ilə dialoq qurmaq barədə bəyanatdan sonra təqib olunacaq
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi qeyd edib ki, Moskva heç kimlə münasibətlərə mane olmayıb və Vaşinqtonla münasibətləri inkişaf etdirməyə hazırdır.
BAKI, 29 iyul - Sputnik. ABŞ prezidentliyinə namizəd Robert Kennedi Rusiya ilə yüksək səviyyəli dialoqu müdafiə etdikdən sonra ABŞ-da təqiblərə və tənqidlərə məruz qalır. Bunu “RİA Novosti”yə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
“Onlar həmişə (ABŞ rəhbərliyi - red.) lehinə olmayanların hamısını təqib etməyə başlayırlar. Düşünürəm ki, indi nəhəng bir nifrət və təqib maşını işə düşəcək, istədikləri kimi “ləğvlər” işə düşəcək, çünki bu (Kennedinin açıqlamaları – red.) onların ötən illər ərzində bəyan etdiklərinə tamamilə ziddir”, - deyə Zaxarova açıqlamalarından sonra Amerika siyasəti və iki ölkə arasında mümkün təmaslar barədə sualı cavablandırıb.
O, Rusiyanın heç kimlə münasibətlərinə mane olmadığını və ABŞ-la münasibətləri inkişaf etdirməyə hazır olduğunu qeyd edib.
“Uzun illər onları inandırmağa çalışdılar ki, bərabərhüquqlu və qarşılıqlı faydalı münasibətlər soyuq və ya isti müharibələrdən daha yaxşıdır. Amma görürsən, orda başqa məntiq hakimdir - öz eksklüzivliyi, diqtəsi, hər kəsə öz fikrini sırımaq məntiqi”, - deyə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi izah edib.
Bir müddət əvvəl ABŞ prezidentliyinə namizəd Robert Kennedi Rusiya ilə yüksək səviyyəli dialoqa çağırıb. Kiçik Kennedi ABŞ-ın 35-ci prezidenti Con Kennedinin qardaşı oğludur və Demokratlar Partiyasından namizəd olmaq üçün hazırkı ABŞ lideri Co Baydenlə rəqabət aparır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.