QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

AŞ Baş katibinin Xankəndi-Laçın yolu ilə bağlı bəyanatı narahatlıq yaradır - Ombudsman

© Photo : Ombudsman's Office of AzerbaijanOmbudsman Səbinə Əliyeva, arxiv
Ombudsman Səbinə Əliyeva, arxiv - Sputnik Azərbaycan, 1920, 29.07.2023
Abunə olmaq
Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili Xankəndi-Laçın yolu ilə bağlı Avropa Şurasının Baş katibi Mariya Pejçinoviç Buriçin bəyanatına cavab verib.
BAKI, 29 iyul - Sputnik. Avropa Şurasının Baş katibinin Xankəndi-Laçın yolu ilə bağlı həqiqətə əsaslanmayan son bəyanatı bizdə narahatlıq yaradır. Bunu Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva Xankəndi-Laçın yolu ilə bağlı Avropa Şurasının Baş katibi Mariya Pejçinoviç Buriçin bəyanatına cavabında deyib.

“Tərəfimizdən əvvəllər də Xankəndi-Laçın yolunda Qarabağda yaşayan erməniəsilli Azərbaycan vətəndaşlarının humanitar məqsədlər üçün nəqliyyat vasitələrinin keçidinə heç bir maneənin olmaması ilə bağlı bəyanatlar verilib. Bu gün bir daha qeyd etmək istərdik ki, hazırda Azərbaycan humanitar məqsədlərlə nəqliyyat vasitələrinin həmin yoldan keçidini təmin edir və iddia olunduğu kimi, orada hər hansı humanitar böhrandan söhbət gedə bilməz. Sizi məsələnin mahiyyətinə varmadan belə bəyanatlar verməkdən çəkinməyə dəvət edirik".

Ombudsman hesab edir ki, həqiqəti əks etdirməyən bu cür bəyanatların verilməsi regionda gərginliyi artırır və sülh prosesinə mane olur.
"Eyni zamanda, Avropa Şurasının Baş katibinin diqqətini bir daha işğaldan azad edilmiş ərazilərimizdəki mina probleminə cəlb etmək istərdik. Bu problem 30 ilə yaxındır ki, öz torpaqlarından didərgin düşmüş 100 minlərlə insanın təhlükəsiz qayıdışını ləngidir”, - deyə ombudsman vurğulayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0