Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin: "Ehtiyacı olan ölkələrə və regionlara dəstəyimizi davam etdirəcəyik"

© Sputnik / Алексей ДаничевVladimir Putin
Vladimir Putin - Sputnik Azərbaycan, 1920, 28.07.2023
Abunə olmaq
İyulun 27-28-də Sankt-Peterburqda "Rusiya - Afrika" ikinci sammiti və iqtisadi və humanitar forumu keçirilir.
BAKI, 28 iyul — Sputnik. Rusiya hər zaman kənd təsərrüfatı məhsullarının təmənnasız əsaslarla ehtiyacı olan ölkələr üçün məsuliyyətli tədarükçüsü olacaq. Bunu Rusiya prezidenti Vladimir Putin Rusiya-Afrika sammitinin plenar iclasında bildirib.
"Bir daha təkrar edirəm ki, siz, əziz dostlar, əmin ola bilərsiniz ki, Rusiya həmişə kənd təsərrüfatı məhsullarının məsuliyyətli beynəlxalq tədarükçüsü olacaq, biz ən ehtiyacı olan ölkələrə və regionlara dəstəyimizi davam etdirəcəyik", – Putin deyib.
İyulun 27-28-də Sankt-Peterburqda "Rusiya - Afrika" ikinci sammiti və iqtisadi və humanitar forumu keçirilir. RİA Novosti tədbirin media tərəfdaşıdır.
Rusiya prezidenti Vladimir Putin bildirib ki, Rusiya Afrika ölkələrinə borcdan azad olmaq üçün əlavə 90 milyon dollar ayıracaq.
"Rusiya da Afrika ölkələrinin borc yükünün yüngülləşdirilməsi səylərində iştirak edir. Bu günə kimi silinmiş borcun ümumi məbləği 23 milyard dollardır. Afrika ölkələrinin son müraciətlərinə əsasən, biz bu inkişaf üçün 90 milyon dollardan çox vəsait ayıracağıq", - Putin plenar iclasda deyib.
Xəbər lenti
0