Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya XİN Niger ordusunu prezident Bazumu azad etməyə çağırdı

© Sputnik / Наталья СеливерстоваRusiya XİN
Rusiya XİN - Sputnik Azərbaycan, 1920, 27.07.2023
Abunə olmaq
Polkovnik Abdramane deyib ki, Niger Müdafiə və Təhlükəsizlik Qüvvələri təhlükəsizlik vəziyyətinin pisləşməsi və zəif idarəçiliyə görə prezident Bazuma qarşı çıxıb.
BAKI, 27 iyul — Sputnik. Moskva Nigerdəki münaqişə tərəflərini güc tətbiq etmədən məsələləri həll etməyə çağırır və prezident Mohammed Bazumun tezliklə azadlığa buraxılmasına ümid edir. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
"Biz iyulun 26-da bir qrup nigeriyalı hərbçinin dövlət başçısı Mohammed Bazumu hakimiyyətdən kənarlaşdırdığını elan etməsindən sonra Niger Respublikasındakı vəziyyətin inkişafını narahatlıqla izləyirik", - deyə məlumatda bildirilir.
Moskva münaqişə tərəflərini gücdən istifadə etməkdən çəkinməyə və bütün mübahisəli məsələləri dinc və konstruktiv dialoq yolu ilə həll etməyə çağırıb.
"Biz bu daxili siyasi böhranın dost Niger xalqımızın rifahı və vətəndaş sülhünün bərpası naminə tezliklə həllinə ümid edirik. Prezident Mohammed Bazumun hərbçilər tərəfindən tezliklə azad edilməsini səbirsizliklə gözləyirik", - məlumatda deyilir.
Xarici İşlər Nazirliyi Rusiya vətəndaşlarına vəziyyət tam normallaşana qədər, zərurət olmadıqca, Nigerə səfərlərdən çəkinməyi tövsiyə edir.
Hərbçilər Nigerin milli televiziyası ilə prezident Mohammed Bazumun devrilməsini elan ediblər. "Al Jazeera" polkovnik Amadu Abdramanedən sitat gətirib: "Ölkənin sərhədləri bağlıdır və bütün ölkədə komendant saatı elan edilib".
O əlavə edib ki, respublikada bütün qurumların fəaliyyəti dayandırılıb.
Polkovnik Abdramane deyib ki, Niger Müdafiə və Təhlükəsizlik Qüvvələri təhlükəsizlik vəziyyətinin pisləşməsi və zəif idarəçiliyə görə prezident Bazuma qarşı çıxıb. Abdramane açıqlamasında xarici müdaxiləyə qarşı da xəbərdarlıq edib.
İyulun 26-da prezident qvardiyasının bəzi üzvlərinin Niger rəhbərinə qarşı çıxdığı məlum olub. CNN xəbər verir ki, prezident Bazum Prezident Qvardiyasının üzvləri tərəfindən saxlanılıb və bu, paytaxtda etirazlara səbəb olub. Regional hakimiyyət orqanları gözlənilən dövlət çevrilişi ilə bağlı xəbərdarlıq alıb. Telekanal xəbər verir ki, ölkənin daxili işlər naziri Hamadou Sulei çərşənbə günü yerli vaxtla səhər saatlarında prezidentin mühafizəsi tərəfindən həbs edilib və o, Bazumla birlikdə paytaxt Niameydəki prezident sarayında saxlanılır.
Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Sankt-Peterburqda keçirilən Rusiya-Afrika sammitində Nigerdəki üsyanla bağlı vəziyyət fəal şəkildə müzakirə olunur.
"Sammit ərəfəsində bu, çox fəal müzakirə olunur. Sözsüz ki, sabah, hətta bu gün baş tutacaq sammitin mərkəzi tədbirləri zamanı məsələ müzakirə olunacaq. Təbii ki, bu cür hadisələrə göz yummaq olmaz", - Peskov jurnalistlərə bildirib.
Xəbər lenti
0