https://sputnik.az/20230726/rusiya-xn-kanadanin-a-nin-ermenistandaki-missiyasina-qosulmasina-munasibet-bildirib-457154005.html
Rusiya XİN Kanadanın Aİ-nın Ermənistandakı missiyasına qoşulmasına münasibət bildirib
Rusiya XİN Kanadanın Aİ-nın Ermənistandakı missiyasına qoşulmasına münasibət bildirib
Sputnik Azərbaycan
Zaxarova, Aİ-nin Ermənistandakı monitorinq missiyasının Rusiya ilə geosiyasi qarşıdurma vəzifəsinə tabe olduğunu, eyni zamanda, Ermənistan-Azərbaycan... 26.07.2023, Sputnik Azərbaycan
2023-07-26T15:49+0400
2023-07-26T15:49+0400
2023-07-26T15:50+0400
rusiya xin
rusiya
azərbaycan
ermənistan
https://cdnn1.img.sputnik.az/img/07e6/09/1d/446852690_0:129:3184:1920_1920x0_80_0_0_cedfac8f2c71e2e8ad6d163eee6dc47c.jpg
BAKI, 26 iyul — Sputnik. Rusiya Xarici İşlər Nazirliyi (XİN) Kanadanın Avropa İttifaqının (Aİ) Ermənistandakı (Azərbaycanla sərhəddə) Monitorinq Missiyasına qoşulmasına münasibət bildirib. Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib ki, "kanadalıların Ermənistanda peyda olması xarici siyasət müstəqilliyini tamamilə itirmiş Aİ-nin ABŞ və NATO-nun maraqlarına xidmət etməklə məşğul olduğunu açıq şəkildə təsdiqləyir". Zaxarova, Aİ-nin Ermənistandakı monitorinq missiyasının Rusiya ilə geosiyasi qarşıdurma vəzifəsinə tabe olduğunu, eyni zamanda, Ermənistan-Azərbaycan sərhədində toqquşmaların qarşısını almadığını vurğulayıb. Rusiya XİN rəsmisi, bunun bir daha gərginliyin azaldılmasının əsas mexanizmlərindən biri kimi Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə ikitərəfli komissiyanın işi olduğunu təsdiq etdiyini deyib. Zaxarova, nə Brüssel, nə də ABŞ-ın vasitəçiliyinin Cənubi Qafqaz regionunda sabitliyə gətirib çıxaracaq bir nəticə vermədiyini bəyan edib. Xatırladaq ki, Avropa İttifaqının (Aİ) Azərbaycan-Ermənistan sərhəddindəki Monitorinq Missiyasına daha bir ölkə qoşulub. Aİ Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin qərarına əsasən bölgəyə missiya ilə gələn ölkə Kanadadır. Avropa İttifaqı Şurası sərhəd ərazilərdə "sabitliyə töhfə vermək" məqsədi ilə Ermənistanda mülki missiya yaratmaq barədə razılığa gəlib. Aİ Şurası bildirib ki, bu missiya vasitəsilə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində əlverişli mühitin və etimadın yaradılması nəzərdə tutulub.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/09/1d/446852690_227:0:2958:2048_1920x0_80_0_0_ae0bf8bc487086404fd53086db5cb892.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya xin, azərbaycan, ermənistan
rusiya xin, azərbaycan, ermənistan
Rusiya XİN Kanadanın Aİ-nın Ermənistandakı missiyasına qoşulmasına münasibət bildirib
15:49 26.07.2023 (Yenilənib: 15:50 26.07.2023) Zaxarova, Aİ-nin Ermənistandakı monitorinq missiyasının Rusiya ilə geosiyasi qarşıdurma vəzifəsinə tabe olduğunu, eyni zamanda, Ermənistan-Azərbaycan sərhədində toqquşmaların qarşısını almadığını vurğulayıb.
BAKI, 26 iyul — Sputnik. Rusiya Xarici İşlər Nazirliyi (XİN) Kanadanın Avropa İttifaqının (Aİ) Ermənistandakı (Azərbaycanla sərhəddə) Monitorinq Missiyasına qoşulmasına münasibət bildirib.
Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib ki, "kanadalıların Ermənistanda peyda olması xarici siyasət müstəqilliyini tamamilə itirmiş Aİ-nin ABŞ və NATO-nun maraqlarına xidmət etməklə məşğul olduğunu açıq şəkildə təsdiqləyir".
Zaxarova, Aİ-nin Ermənistandakı monitorinq missiyasının Rusiya ilə geosiyasi qarşıdurma vəzifəsinə tabe olduğunu, eyni zamanda, Ermənistan-Azərbaycan sərhədində toqquşmaların qarşısını almadığını vurğulayıb.
"Burada Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasına hər hansı töhfədən söhbət getmir", - o əlavə edib.
Rusiya XİN rəsmisi, bunun bir daha gərginliyin azaldılmasının əsas mexanizmlərindən biri kimi Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə ikitərəfli komissiyanın işi olduğunu təsdiq etdiyini deyib.
Zaxarova, nə Brüssel, nə də ABŞ-ın vasitəçiliyinin Cənubi Qafqaz regionunda sabitliyə gətirib çıxaracaq bir nəticə vermədiyini bəyan edib.
Xatırladaq ki, Avropa İttifaqının (Aİ) Azərbaycan-Ermənistan sərhəddindəki Monitorinq Missiyasına daha bir ölkə qoşulub. Aİ Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin qərarına əsasən bölgəyə missiya ilə gələn ölkə Kanadadır.
Avropa İttifaqı Şurası sərhəd ərazilərdə "sabitliyə töhfə vermək" məqsədi ilə Ermənistanda mülki missiya yaratmaq barədə razılığa gəlib. Aİ Şurası bildirib ki, bu missiya vasitəsilə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində əlverişli mühitin və etimadın yaradılması nəzərdə tutulub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.