Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Bakı ilə İrəvan arasında sülhün alternativi yoxdur - Rusiya XİN

© Sputnik / Григорий Сысоев / Mediabanka keçidRusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova, arxiv
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova, arxiv - Sputnik Azərbaycan, 1920, 26.07.2023
Abunə olmaq
Zaxarovanın sözlərinə görə, iki ölkə xalqları arasında etimadın möhkəmləndirilməsi məqsədilə üçtərəfli parlamentlərarası görüşlərin başlanması üçün atmosfer yaradılıb.
BAKI, 26 iyul — Sputnik. Yaxın aylarda Azərbaycan və Ermənistanın ekspertləri, dini liderləri və parlamentariləri münasibətlərin normallaşdırılması prosesi çərçivəsində görüşlər keçirəcəklər. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bugünkü brifinqində deyib.
"Rusiya üçün iki xalqın barışması prosesi humanitar sferanı da əhatə etməlidir. Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 31 oktyabr 2022-ci il tarixli Soçi üçtərəfli bəyanatında qeyd olunub ki, pozitiv münasibət formalaşdırmaq vacibdir. Rusiyanın yardımı ilə Azərbaycan və Ermənistanın ictimaiyyət nümayəndələri, ekspert icmaları və dini liderləri arasında dialoqun davam etdirilməsi, o cümlədən iki ölkə xalqları arasında etimadın möhkəmləndirilməsi məqsədilə üçtərəfli parlamentlərarası görüşlərin başlanması üçün atmosfer yaradılıb", - Zaxarova bildirib.
Onun sözlərinə görə, Bakı ilə İrəvan arasında normallaşma prosesinin asan olmaması göz qabağındadır, hamı bunu görür və başa düşür, lakin sülhün alternativi yoxdur.
"Müvafiq məsələlər, dünən Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşündə müzakirə olunub. Ümid edirik ki, qeyd olunan təmaslar yaxın aylarda baş tutacaq", - Zaxarova bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0