https://sputnik.az/20230726/azerbaycanda-16-marsrut-xettinin-sahibi-deyisib-457168874.html
Azərbaycanda 16 marşrut xəttinin sahibi dəyişib
Azərbaycanda 16 marşrut xəttinin sahibi dəyişib
Sputnik Azərbaycan
AYNA avtovağzal və avtostansiyalar olmayan regionlarda da məntəqələrin yaradılmasını və pasportlaşdırılmasını planlaşdırır. 26.07.2023, Sputnik Azərbaycan
2023-07-26T19:25+0400
2023-07-26T19:25+0400
2023-07-26T19:25+0400
marşrut
paytaxt xəbərləri
avtobus
pasport
bakı
avtovağzal
https://cdnn1.img.sputnik.az/img/42318/54/423185460_0:450:1920:1530_1920x0_80_0_0_f305b477efaaf1d5b553364f08ba816e.jpg
BAKI, 26 iyul — Sputnik. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakı-Biləsuvar, Bakı-Qazax, Bakı-Ağcabədi, Bakı-Lənkəran, Bakı-Quba, Bakı-Qusar, Bakı-Qusar (SDK), Bakı-Xaçmaz, Bakı-Nabran, Bakı-Xudat, Bakı-Şabran, Bakı-Oğuz, Bakı-Göyçay şəhərlərarası, Mingəçevir 5 nömrəli şəhərdaxili müntəzəm avtobus marşrutlarını, eləcə də "Ceyranbatan qəsəbəsi-"Xocəsən" metro stansiyası-Ceyranbatan qəsəbəsi" və "Masazır qəsəbəsi-"Xocəsən" metro stansiyası-Masazır qəsəbəsi" marşrut xətlərini müsabiqəyə çıxararaq qalibləri müəyyən edib. Bu barədə AYNA-dan bildirilib. Müsabiqə "Avtomobil nəqliyyatı haqqında" qanuna, Nazirlər Kabinetinin 3 aprel 2009-cu il tarixli qərarı ilə təsdiqlənmiş "Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası"na uyğun təşkil olunub. Müsabiqənin qalibi olan 21 fiziki və 8 hüquqi şəxsin hər biri ilə daşıyıcı qismində sərnişindaşıma fəaliyyətinin göstərilməsi üçün qanunamüvafiq qaydada müqavilə imzalanıb və onlara hazır sənədləri "Bakı KOB evi"ndə AYNA-nın əməkdaşları təqdim edib. "Bakı KOB evi"ndə daha bir məntəqə – Gəncə Beynəlxalq Avtovağzal Kompleksinə 1-ci kateqoriyalı avtovağzal pasportu verilib. Bununla da 33 avtovağzal və 15 avtostansiya olmaqla ölkə üzrə pasportlaşdırılan məntəqələrin sayı 48-ə çatdırılıb. Qeyd edək ki, AYNA avtovağzal və avtostansiyalar olmayan regionlarda da məntəqələrin yaradılmasını və pasportlaşdırılmasını planlaşdırır.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42318/54/423185460_0:254:1920:1694_1920x0_80_0_0_ed1887b60ce5fe92e13521fe78d730d8.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
marşrut, avtobus, pasport, bakı, avtovağzal
marşrut, avtobus, pasport, bakı, avtovağzal
Azərbaycanda 16 marşrut xəttinin sahibi dəyişib
AYNA avtovağzal və avtostansiyalar olmayan regionlarda da məntəqələrin yaradılmasını və pasportlaşdırılmasını planlaşdırır.
BAKI, 26 iyul — Sputnik. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakı-Biləsuvar, Bakı-Qazax, Bakı-Ağcabədi, Bakı-Lənkəran, Bakı-Quba, Bakı-Qusar, Bakı-Qusar (SDK), Bakı-Xaçmaz, Bakı-Nabran, Bakı-Xudat, Bakı-Şabran, Bakı-Oğuz, Bakı-Göyçay şəhərlərarası, Mingəçevir 5 nömrəli şəhərdaxili müntəzəm avtobus marşrutlarını, eləcə də "Ceyranbatan qəsəbəsi-"Xocəsən" metro stansiyası-Ceyranbatan qəsəbəsi" və "Masazır qəsəbəsi-"Xocəsən" metro stansiyası-Masazır qəsəbəsi" marşrut xətlərini müsabiqəyə çıxararaq qalibləri müəyyən edib.
Bu barədə AYNA-dan bildirilib.
Müsabiqə "Avtomobil nəqliyyatı haqqında" qanuna, Nazirlər Kabinetinin 3 aprel 2009-cu il tarixli qərarı ilə təsdiqlənmiş "Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası"na uyğun təşkil olunub.
Müsabiqənin qalibi olan 21 fiziki və 8 hüquqi şəxsin hər biri ilə daşıyıcı qismində sərnişindaşıma fəaliyyətinin göstərilməsi üçün qanunamüvafiq qaydada müqavilə imzalanıb və onlara hazır sənədləri "Bakı KOB evi"ndə AYNA-nın əməkdaşları təqdim edib.
"Bakı KOB evi"ndə daha bir məntəqə – Gəncə Beynəlxalq Avtovağzal Kompleksinə 1-ci kateqoriyalı avtovağzal pasportu verilib. Bununla da 33 avtovağzal və 15 avtostansiya olmaqla ölkə üzrə pasportlaşdırılan məntəqələrin sayı 48-ə çatdırılıb.
Qeyd edək ki, AYNA avtovağzal və avtostansiyalar olmayan regionlarda da məntəqələrin yaradılmasını və pasportlaşdırılmasını planlaşdırır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.