https://sputnik.az/20230726/abs-ukraynanin-pravoslav-kilsesine-qarsi-radikal-addimlari-teqdir-edir---rusiya-xn-457150036.html
ABŞ Ukraynanın Pravoslav Kilsəsinə qarşı radikal addımları təqdir edir - Rusiya XİN
ABŞ Ukraynanın Pravoslav Kilsəsinə qarşı radikal addımları təqdir edir - Rusiya XİN
Sputnik Azərbaycan
Son bir ildə Ukrayna hakimiyyəti ölkənin yaxın tarixində UPK-ya qarşı ən böyük təqib dalğasını təşkil edib. 26.07.2023, Sputnik Azərbaycan
2023-07-26T14:53+0400
2023-07-26T14:53+0400
2023-07-26T14:53+0400
rusiya
rusiya xin
ukrayna
pravoslav
kilsə
abş
https://cdnn1.img.sputnik.az/img/07e7/02/1b/452170997_0:0:3072:1728_1920x0_80_0_0_2690401443c6e56aa0c65940c946eaa8.jpg
BAKI, 26 iyul — Sputnik. Amerika Birləşmiş Ştatları Kiyevin kanonik Ukrayna Pravoslav Kilsəsini(UPK) təqib etməsini təqdir etdiyini açıq şəkildə bildirir, onları qınamır. Bu barədə Rusiya Xarici İşlər Nazirliyi Kiyevin Ukrayna Pravoslav Kilsəsinə qarşı təqiblərə dair hesabatında bildirib. Rusiya XİN qeyd edib ki, Ukraynadakı kanonik pravoslav kilsəsi problemi hələ də BMT və digər müvafiq təşkilatların prioritetləri sırasında deyil və beynəlxalq təşkilatlar başdansovdu cavablarla kifayətlənirlər. Son bir ildə Ukrayna hakimiyyəti ölkənin yaxın tarixində UPK-ya qarşı ən böyük təqib dalğasını təşkil edib. Kilsənin Rusiya ilə əlaqəsinə vurğu edərək, Ukraynanın müxtəlif vilayətlərinin yerli hakimiyyət orqanları UPK-nin fəaliyyətini qadağan etmək qərarına gəliblər.Ukraynanın bütün ərazisində UPK-nın faktiki qadağan olunması ilə bağlı qanun layihəsi ölkə parlamentinə təqdim edilib. Hakimiyyət UPK ruhanilərinin bəzi nümayəndələrinə qarşı sanksiyalar tətbiq edib. Ukrayna Təhlükəsizlik Xidməti UPK ruhanilərinə qarşı cinayət işi açmağa, əks-kəşfiyyat fəaliyyəti, yepiskop və keşişlərin axtarışları, kilsə və monastırlarda anti-Ukrayna fəaliyyəti ilə bağlı dəlillər axtarmağa başlayıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/02/1b/452170997_254:0:2985:2048_1920x0_80_0_0_285c307add8b2316df40c6457fae3bd8.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya xin, ukrayna, pravoslav, kilsə, abş
rusiya xin, ukrayna, pravoslav, kilsə, abş
ABŞ Ukraynanın Pravoslav Kilsəsinə qarşı radikal addımları təqdir edir - Rusiya XİN
Son bir ildə Ukrayna hakimiyyəti ölkənin yaxın tarixində UPK-ya qarşı ən böyük təqib dalğasını təşkil edib.
BAKI, 26 iyul — Sputnik. Amerika Birləşmiş Ştatları Kiyevin kanonik Ukrayna Pravoslav Kilsəsini(UPK) təqib etməsini təqdir etdiyini açıq şəkildə bildirir, onları qınamır. Bu barədə Rusiya Xarici İşlər Nazirliyi Kiyevin Ukrayna Pravoslav Kilsəsinə qarşı təqiblərə dair hesabatında bildirib.
Rusiya XİN qeyd edib ki, Ukraynadakı kanonik pravoslav kilsəsi problemi hələ də BMT və digər müvafiq təşkilatların prioritetləri sırasında deyil və beynəlxalq təşkilatlar başdansovdu cavablarla kifayətlənirlər.
"Kiyevdə hakim rejimin anti-pravoslav siyasətinə, UPK-nin çoxsaylı daşınmaz əmlakının ələ keçirilməsinə, din xadimlərinə və dindarlara qarşı özbaşınalıq və zorakılıq faktlarına adekvat reaksiya yoxdur", - Rusiya Xarici İşlər Nazirliyi vurğulayıb.
Son bir ildə Ukrayna hakimiyyəti ölkənin yaxın tarixində UPK-ya qarşı ən böyük təqib dalğasını təşkil edib. Kilsənin Rusiya ilə əlaqəsinə vurğu edərək, Ukraynanın müxtəlif vilayətlərinin yerli hakimiyyət orqanları UPK-nin fəaliyyətini qadağan etmək qərarına gəliblər.
Ukraynanın bütün ərazisində UPK-nın faktiki qadağan olunması ilə bağlı qanun layihəsi ölkə parlamentinə təqdim edilib. Hakimiyyət UPK ruhanilərinin bəzi nümayəndələrinə qarşı sanksiyalar tətbiq edib. Ukrayna Təhlükəsizlik Xidməti UPK ruhanilərinə qarşı cinayət işi açmağa, əks-kəşfiyyat fəaliyyəti, yepiskop və keşişlərin axtarışları, kilsə və monastırlarda anti-Ukrayna fəaliyyəti ilə bağlı dəlillər axtarmağa başlayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.