https://sputnik.az/20230725/taxil-sazisinin-berpasi-ile-bagli-danisiqlar-aparilir---rusiya-xn-den-aciqlama-457097737.html
Taxıl sazişinin bərpası ilə bağlı danışıqlar aparılır? Rusiya XİN-dən açıqlama
Taxıl sazişinin bərpası ilə bağlı danışıqlar aparılır? Rusiya XİN-dən açıqlama
Sputnik Azərbaycan
Avropa taxıl sazişinin icrası zamanı Rusiyanı aldadıb
2023-07-25T16:44+0400
2023-07-25T16:44+0400
2023-07-25T17:21+0400
taxıl
rusiya
saziş
danışıqlar
bərpa
təşəbbüs
https://cdnn1.img.sputnik.az/img/07e6/08/18/445332569_0:159:3078:1890_1920x0_80_0_0_4a88f63cd1ab5df0d033bbb279603e3a.jpg
BAKI, 25 iyul — Sputnik. Hazırda taxıl sazişinin bərpası ilə bağlı danışıqlar aparılmır. Bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin bildirib. "İndi taxıl sazişinin və Qara Dəniz Taxıl Təşəbbüsünün bərpası ilə bağlı danışıqlar aparılmır. Biz öz mövqeyimizi açıq şəkildə bildirmişik. İyulun 17-dən sonra təşəbbüsün yenilənməsi baş tutmadı. Biz il ərzində topladığımız İstanbul razılaşmalarının təcrübəsini nəzərə alaraq buna etirazımızı bildirdik", - Verşinin rusiyalı jurnalistlərlə görüşündə deyib. XİN rəhbərinin müavini bildirib ki, 32 milyon tondan çox taxıl təklif olunmuş yerə, yəni, ehtiyacı olan ölkələrə deyil, Avropanın yaxşı təmin olunmuş ölkələrinə çatdırılıb. Taxıl sazişi iyulun 18-də dayandırılıb, Rusiya Federasiyası Türkiyə, Ukrayna və BMT-ni onun uzadılmasına etirazı barədə xəbərdar edib. Rusiya prezidenti Vladimir Putin əvvəllər qeyd edib ki, BMT-nin səylərinə baxmayaraq, Rusiya ilə razılaşmanın şərtləri yerinə yetirilməyib, çünki Qərb ölkələri vədlərinə əməl etmək niyyətində deyillər. Putin dəfələrlə qeyd edib ki, Qərb Ukrayna taxılının böyük hissəsini Avropa ölkələrinə ixrac edib və sövdələşmənin əsas məqsədi - ehtiyacı olan ölkələrə, o cümlədən Afrika ölkələrinə taxıl tədarükü heç vaxt həyata keçirilməyib. Qara Dəniz Taxıl Təşəbbüsü fəaliyyətini dayandırdıqdan və dəniz humanitar dəhlizinin məhdudlaşdırılmasından sonra, 20 iyul 2023-cü il gecə yarısından etibarən Qara dənizdəki Ukrayna limanlarına gedən bütün gəmilər potensial hərbi yük daşıyıcıları hesab edilir və Kiyev rejiminin tərəfində Ukrayna münaqişəsinə cəlb edilir, Rusiya Müdafiə Nazirliyi bildirir. Bundan əvvəl Bloomberg yazıb ki, gəmiçilik biznesinin bir sıra nümayəndələri əmindirlər ki, taxıl müqaviləsinin müddəti başa çatdıqdan sonra "ağılları yerində olan" heç kim gəmiləri təhlükəli marşrutlar üzrə dənizə göndərməyəcək.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/08/18/445332569_174:0:2905:2048_1920x0_80_0_0_cc619600e4c6f1f979ab74a6ca758863.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
taxıl sazişi rusiya avropa
taxıl sazişi rusiya avropa
Taxıl sazişinin bərpası ilə bağlı danışıqlar aparılır? Rusiya XİN-dən açıqlama
16:44 25.07.2023 (Yenilənib: 17:21 25.07.2023) XİN rəhbərinin müavini bildirib ki, 32 milyon tondan çox taxıl təklif olunmuş yerə, yəni, ehtiyacı olan ölkələrə deyil, Avropanın yaxşı təmin olunmuş ölkələrinə çatdırılıb.
BAKI, 25 iyul — Sputnik. Hazırda taxıl sazişinin bərpası ilə bağlı danışıqlar aparılmır. Bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin bildirib.
"İndi taxıl sazişinin və Qara Dəniz Taxıl Təşəbbüsünün bərpası ilə bağlı danışıqlar aparılmır. Biz öz mövqeyimizi açıq şəkildə bildirmişik. İyulun 17-dən sonra təşəbbüsün yenilənməsi baş tutmadı. Biz il ərzində topladığımız İstanbul razılaşmalarının təcrübəsini nəzərə alaraq buna etirazımızı bildirdik", - Verşinin rusiyalı jurnalistlərlə görüşündə deyib.
XİN rəhbərinin müavini bildirib ki, 32 milyon tondan çox taxıl təklif olunmuş yerə, yəni, ehtiyacı olan ölkələrə deyil, Avropanın yaxşı təmin olunmuş ölkələrinə çatdırılıb.
Taxıl sazişi iyulun 18-də dayandırılıb, Rusiya Federasiyası Türkiyə, Ukrayna və BMT-ni onun uzadılmasına etirazı barədə xəbərdar edib. Rusiya prezidenti Vladimir Putin əvvəllər qeyd edib ki, BMT-nin səylərinə baxmayaraq, Rusiya ilə razılaşmanın şərtləri yerinə yetirilməyib, çünki Qərb ölkələri vədlərinə əməl etmək niyyətində deyillər. Putin dəfələrlə qeyd edib ki, Qərb Ukrayna taxılının böyük hissəsini Avropa ölkələrinə ixrac edib və sövdələşmənin əsas məqsədi - ehtiyacı olan ölkələrə, o cümlədən Afrika ölkələrinə taxıl tədarükü heç vaxt həyata keçirilməyib.
Qara Dəniz Taxıl Təşəbbüsü fəaliyyətini dayandırdıqdan və dəniz humanitar dəhlizinin məhdudlaşdırılmasından sonra, 20 iyul 2023-cü il gecə yarısından etibarən Qara dənizdəki Ukrayna limanlarına gedən bütün gəmilər potensial hərbi yük daşıyıcıları hesab edilir və Kiyev rejiminin tərəfində Ukrayna münaqişəsinə cəlb edilir, Rusiya Müdafiə Nazirliyi bildirir. Bundan əvvəl Bloomberg yazıb ki, gəmiçilik biznesinin bir sıra nümayəndələri əmindirlər ki, taxıl müqaviləsinin müddəti başa çatdıqdan sonra "ağılları yerində olan" heç kim gəmiləri təhlükəli marşrutlar üzrə dənizə göndərməyəcək.