Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

NATO Ukraynada Rusiya ilə hərbi qarşıdurmada açıq şəkildə iştirak edir - Verşinin

© Sputnik / Сергей Гунеев / Mediabanka keçid Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Sergey Verşinin
 Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Sergey Verşinin - Sputnik Azərbaycan, 1920, 25.07.2023
Abunə olmaq
İyulun 23-də NATO-nun sözçüsü Oana Lunqesku bildirib ki, iyulun 26-da Brüsseldə Ukrayna-NATO Şurasının səfirlər səviyyəsində iclası keçiriləcək.
BAKI, 25 iyul — Sputnik. NATO Ukraynada Rusiya ilə qarşıdurmada təhlükəli hərəkətlərə sövq olunur. Bu barədə iylun 25-də Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Sergey Verşinin İtaliyanın paytaxtında keçirilən BMT-nin qida sistemləri üzrə sammiti çərçivəsində rusiyalı jurnalistlərə bildirib.
"Biz bilirik ki, Ukrayna-NATO Şurasının iylun 26-da çağırılması planı var. Biz hadisələrin necə inkişaf edəcəyini yaxından izləyirik. Hesab edirik ki, NATO Ukraynada Rusiya ilə hərbi qarşıdurmada açıq şəkildə iştirak edir, artıq bu hərəkətlərin birbaşa iştirakçısıdır. NATO-nun hərbi qüvvələrinin təhlükəli genişlənməsindən danışa bilərik. Alyans hərbi əməliyyatların regional genişlənməsinə cəlb olunur və bu qəbuledilməzdir", - Verşinin deyib.
İyulun 23-də NATO-nun sözçüsü Oana Lunqesku bildirib ki, iyulun 26-da Brüsseldə Ukrayna-NATO Şurasının səfirlər səviyyəsində iclası keçiriləcək və onun əsas mövzuları taxıl sazişinin pozulması və Qara dəniz vasitəsilə Ukraynadan taxıl ixracının davam etdirilməsi imkanları olacaq.
İyulun 12-də NATO-nun Vilnüsdə keçirilən sammitində Ukrayna-NATO Şurası yaradılıb.
Xəbər lenti
0