https://sputnik.az/20230724/ukrayna-lazimi-silahlari-olmadan-eks-hucuma-kecib-qerb-narahatdir-457071251.html
Ukrayna lazımi silahları olmadan əks-hücuma keçib, Qərb narahatdır
Ukrayna lazımi silahları olmadan əks-hücuma keçib, Qərb narahatdır
Sputnik Azərbaycan
Ukrayna Silahlı Qüvvələrinin zədələnmiş texnikalarını döyüş bölgəsindən təmizləmək üçün lazımi vasitələri yoxdur və Qərbin verdiyi döyüş maşınları əməliyyat... 24.07.2023, Sputnik Azərbaycan
2023-07-24T23:23+0400
2023-07-24T23:23+0400
2023-07-24T23:23+0400
ukrayna
rusiya
putin
abş
sanksiya
https://cdnn1.img.sputnik.az/img/07e7/06/01/455489789_0:161:3071:1888_1920x0_80_0_0_1110467c977ba09d7c30a9890956c7d5.jpg
BAKI, 24 iyul — Sputnik. Ukrayna müdafiə xəttini yarmaq üçün lazımi hazırlıq görmədən və lazımi silahlar olmadan əks-hücuma başlayıb. Bunu İtaliyanın "La Repubblica" qəzetinin hərbi icmalçısı Canluka Di Feo deyib. "Kiyev generalları hərbi heyəti lazımi qaydada hazırlamadan və uyğun silahları çatdırmadan möhkəmləndirilmiş müdafiə xəttinə hücuma keçiblər. Nəhəng "Leopard 2"lər minalara görə hərəkətsiz qalıb, ABŞ-ın "Bradley"ləri çarpaz atəş xəttində dayanıb", - deyə ekspert vurğulayıb. Nəşrdə bildirilir ki, Ukrayna Silahlı Qüvvələrinin (USQ) zədələnmiş texnikalarını döyüş bölgəsindən təmizləmək üçün lazımi vasitələri belə olmayıb. Nəticədə Qərbin verdiyi döyüş maşınları birbaşa əməliyyat zonasında tərk edilib. "Nəticə göz qabağındadır: əks-hücum 48 gündür ki, irəliləmir",- deyə italyan icmalçı qeyd edib. Bu yaxınlarda ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Börns USQ-nin əks-hücumunun yavaş tempini gözlədiyini söyləyib. Ukraynada nə baş verir? Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib. Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır. Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir. Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub. Xatırladaq ki, Qərb ölkələri Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı bir neçə dəfə sanksiya paketləri tətbiq edib. Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır və sanksiyalar bütün qlobal iqtisadiyyata ciddi zərbə vurub. Onun sözlərinə görə, Qərbin əsas məqsədi milyonlarla insanın həyatını pisləşdirməkdir. O əlavə edib ki, cari hadisələr Qərbin həm siyasətdə, həm də iqtisadiyyatda qlobal hökmranlığının altından xətt çəkir. Prezidentin sözlərinə görə, Rusiya təcrid olunmaq niyyətində deyil, onu müasir dünyada sərt şəkildə təcrid etmək olmaz.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20230724/rusiya-xn-pilotsuz-teyyarelerin-hucumuna-sert-cavab-vereceklerini-beyan-etdi-457085459.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/06/01/455489789_170:0:2901:2048_1920x0_80_0_0_8dde7af8aae285f1704d88390bc0a4f4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ukrayna, putin, abş, sanksiya
ukrayna, putin, abş, sanksiya
Ukrayna lazımi silahları olmadan əks-hücuma keçib, Qərb narahatdır
Ukrayna Silahlı Qüvvələrinin zədələnmiş texnikalarını döyüş bölgəsindən təmizləmək üçün lazımi vasitələri yoxdur və Qərbin verdiyi döyüş maşınları əməliyyat zonasında tərk edilib.
BAKI, 24 iyul — Sputnik. Ukrayna müdafiə xəttini yarmaq üçün lazımi hazırlıq görmədən və lazımi silahlar olmadan əks-hücuma başlayıb.
Bunu İtaliyanın "La Repubblica" qəzetinin hərbi icmalçısı Canluka Di Feo deyib.
"Kiyev generalları hərbi heyəti lazımi qaydada hazırlamadan və uyğun silahları çatdırmadan möhkəmləndirilmiş müdafiə xəttinə hücuma keçiblər. Nəhəng "Leopard 2"lər minalara görə hərəkətsiz qalıb, ABŞ-ın "Bradley"ləri çarpaz atəş xəttində dayanıb", - deyə ekspert vurğulayıb.
Nəşrdə bildirilir ki, Ukrayna Silahlı Qüvvələrinin (USQ) zədələnmiş texnikalarını döyüş bölgəsindən təmizləmək üçün lazımi vasitələri belə olmayıb. Nəticədə Qərbin verdiyi döyüş maşınları birbaşa əməliyyat zonasında tərk edilib.
"Nəticə göz qabağındadır: əks-hücum 48 gündür ki, irəliləmir",- deyə italyan icmalçı qeyd edib.
Bu yaxınlarda ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Börns USQ-nin əks-hücumunun yavaş tempini gözlədiyini söyləyib.
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub.
Xatırladaq ki, Qərb ölkələri Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı bir neçə dəfə sanksiya paketləri tətbiq edib. Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır və sanksiyalar bütün qlobal iqtisadiyyata ciddi zərbə vurub. Onun sözlərinə görə, Qərbin əsas məqsədi milyonlarla insanın həyatını pisləşdirməkdir. O əlavə edib ki, cari hadisələr Qərbin həm siyasətdə, həm də iqtisadiyyatda qlobal hökmranlığının altından xətt çəkir. Prezidentin sözlərinə görə, Rusiya təcrid olunmaq niyyətində deyil, onu müasir dünyada sərt şəkildə təcrid etmək olmaz.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.