https://sputnik.az/20230724/ukrayna-krima-pua-larla-hucum-edib-457068793.html
Ukrayna Krıma PUA-larla hücum edib
Ukrayna Krıma PUA-larla hücum edib
Sputnik Azərbaycan
Ukrayna Krıma 17 PUA ilə hücum edib anbar və binalar hədəfdə
2023-07-24T12:13+0400
2023-07-24T12:13+0400
2023-07-24T13:11+0400
krım
rusiya
pua
dron
ukrayna
rusiya müdafiə nazirliyi
https://cdnn1.img.sputnik.az/img/07e7/06/15/456103155_0:0:3071:1728_1920x0_80_0_0_2cd7f3221ee54c29e38b03d259e75e83.jpg
BAKI, 24 iyul — Sputnik. Krımın Cankoy rayonunda döyüş sursatı anbarına pilotsuz təyyarələr tərəfindən hücum edilib. Bu barədə regionun rəhbəri Sergey Aksyonov bildirib. Onun sözlərinə görə, hava hücumundan müdafiə qüvvələri düşmənin 11 PUA-sının hücumunu dəf edib. "Cankoy rayonundakı sursat anbarı atəşə tutulub. Kirov rayonundakı fərdi yaşayış evi də PUA-nın qalıqları nəticəsində zədələnib", - Aksyonov Teleqram kanalında bildirib. "GrandService Express" şirkətinin mətbuat xidmətindən verilən məlumata görə, yerli dəmir yolu qatarların hərəkəti üçün müvəqqəti bağlanıb. Bundan başqa, hadisə yerindən beş kilometr radiusdakı kəndlərin əhalisinin təxliyyəsi barədə qərar qəbul edilib. "Cankoy rayonundakı fövqəladə vəziyyət yerindən beş kilometr radiusdakı kəndlərin əhalisinin müvəqqəti yaşayış mərkəzlərinə təxliyəsi barədə qərar qəbul edilib", - Aksyonov bildirib. Qeyd edək ki, ötən gecə Moskvaya dron hücumu olub. Yayımlanan videolarda paytaxtın müxtəlif yerlərində partlayışların fəsadları görünür. Belə ki, Komsomolski prospektində binalardan birində pəncərələr qırılıb, yol polis əməkdaşları tərəfindən bağlanıb. Həmçinin şəhər daxilindəki hərbi hissənin dron hücumuna məruz qaldığı bildirilir. Hadisə Rusiya Müdafiə Nazirliyinin binasının yaxınlığında baş verib. Hücumda ölən və ya yaralananların olmadığı açıqlanıb.***Ukraynanın pilotsuz uçuş aparatları (PUA) Krımdakı obyektlərə hücum etməyə cəhd edib. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. "İyulun 24-nə keçən gecə Kiyev rejiminin 17 pilotsuz uçuş aparatı ilə Krım yarımadası ərazisindəki obyektlərə terror aktı törətmək cəhdinin qarşısı alınıb", - Nazirlik bildirib.Qeyd olunub ki, 14 PUA radioelektron mübarizə vasitələri ilə məhv edilib. Onlardan 11-i Qara dənizə, daha üçü isə yarımadanın ərazisinə düşüb. Qalanları hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub. Hücum zamanı xəsarət alan olmayıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/06/15/456103155_340:0:3071:2048_1920x0_80_0_0_760ef32e4aa2834a1914a9319b764f91.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ukrayna krım pua anbar
Ukrayna Krıma PUA-larla hücum edib
12:13 24.07.2023 (Yenilənib: 13:11 24.07.2023) "GrandService Express" şirkəti bildirib ki, PUA hücumlarına görə yerli dəmir yolu qatarların hərəkəti üçün müvəqqəti bağlanıb, əhali təxliyə edilib.
BAKI, 24 iyul — Sputnik. Krımın Cankoy rayonunda döyüş sursatı anbarına pilotsuz təyyarələr tərəfindən hücum edilib. Bu barədə regionun rəhbəri Sergey Aksyonov bildirib.
Onun sözlərinə görə, hava hücumundan müdafiə qüvvələri düşmənin 11 PUA-sının hücumunu dəf edib.
"Cankoy rayonundakı sursat anbarı atəşə tutulub. Kirov rayonundakı fərdi yaşayış evi də PUA-nın qalıqları nəticəsində zədələnib", - Aksyonov Teleqram kanalında bildirib.
"GrandService Express" şirkətinin mətbuat xidmətindən verilən məlumata görə, yerli dəmir yolu qatarların hərəkəti üçün müvəqqəti bağlanıb.
Bundan başqa, hadisə yerindən beş kilometr radiusdakı kəndlərin əhalisinin təxliyyəsi barədə qərar qəbul edilib.
"Cankoy rayonundakı fövqəladə vəziyyət yerindən beş kilometr radiusdakı kəndlərin əhalisinin müvəqqəti yaşayış mərkəzlərinə təxliyəsi barədə qərar qəbul edilib", - Aksyonov bildirib.
Qeyd edək ki, ötən gecə Moskvaya dron hücumu olub. Yayımlanan videolarda paytaxtın müxtəlif yerlərində partlayışların fəsadları görünür. Belə ki, Komsomolski prospektində binalardan birində pəncərələr qırılıb, yol polis əməkdaşları tərəfindən bağlanıb.
Həmçinin şəhər daxilindəki hərbi hissənin dron hücumuna məruz qaldığı bildirilir. Hadisə Rusiya Müdafiə Nazirliyinin binasının yaxınlığında baş verib.
Hücumda ölən və ya yaralananların olmadığı açıqlanıb.
Ukraynanın pilotsuz uçuş aparatları (PUA) Krımdakı obyektlərə hücum etməyə cəhd edib.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
"İyulun 24-nə keçən gecə Kiyev rejiminin 17 pilotsuz uçuş aparatı ilə Krım yarımadası ərazisindəki obyektlərə terror aktı törətmək cəhdinin qarşısı alınıb", - Nazirlik bildirib.
Qeyd olunub ki, 14 PUA radioelektron mübarizə vasitələri ilə məhv edilib. Onlardan 11-i Qara dənizə, daha üçü isə yarımadanın ərazisinə düşüb. Qalanları hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub. Hücum zamanı xəsarət alan olmayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.