https://sputnik.az/20230724/turkiyeden-rostova-geden-yuk-gemisinde-partlayici-maddeler-askarlanib--457065122.html
Türkiyədən Rostova gedən yük gəmisində partlayıcı maddələr aşkarlanıb
Türkiyədən Rostova gedən yük gəmisində partlayıcı maddələr aşkarlanıb
Sputnik Azərbaycan
Ukrayna Rusiyada terakt törətmək üçün Türkiyədən istifadə edir
2023-07-24T11:45+0400
2023-07-24T11:45+0400
2023-07-24T12:00+0400
yük gəmisi
rusiya
ukrayna
ftx
putin
rusiya prezidenti vladimir putin
vladimir putin
türkiyə
mariya zaxarova
https://cdnn1.img.sputnik.az/img/07e5/01/11/425981747_0:88:3049:1803_1920x0_80_0_0_28466dab4fe7931908a8f1f9cfd7b2d5.jpg
BAKI, 24 iyul — Sputnik. Terror və təxribat hərəkətlərinin qarşısının alınması, təhlükəsizliyin təmin edilməsi məqsədilə Kerç boğazından keçən gəmilərdə yoxlamalar aparılır. Bu barədə Rusiya FTX məlumat yayıb. Qeyd olunur ki, iyulun 22-də taxıl yükləmək üçün Türkiyədən Rostov-na-Don limanına gedən xarici quru yük gəmisinin ambarında dinitrotoluol və tetril partlayıcı maddələrin izləri, həmçinin quru yük gəmisinin konstruksiya hissələrinə üçüncü tərəfin müdaxiləsi əlamətləri aşkar edilib. Müəyyən edilib ki, gəmi mayın sonunda Ukraynanın Kiliya limanında olub. Eyni zamanda, iyul ayında Türkiyənin Tuzla limanında gəminin 12 Ukrayna vətəndaşından ibarət heyəti və adı dəyişdirilib. Hüquq-mühafizə orqanının məlumatına görə, bu hallar Ukrayna ərazisinə partlayıcı maddələrin çatdırılması üçün xarici mülki gəmidən istifadənin mümkünlüyünə əsas verir. Xatırladaq ki, iyulun 17-də Rusiya taxıl sazişində iştirakının dayandırdığını açıqlayıb. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Rusiya Türkiyə və Ukraynaya, eləcə də BMT Katibliyinə razılaşmanın uzadılmasına etiraz barədə məlumat verib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə Qara dəniz taxıl təşəbbüsü məsələsi ilə bağlı danışıqlar aparmaq niyyətində olduğunu bildirib. Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən 2022-ci il iyulun 22-də imzalanan "Taxıl sazişi" Odessa da daxil olmaqla üç limandan Ukrayna taxılının, ərzaq və gübrələrin Qara dəniz vasitəsilə ixracını nəzərdə tutur. Bu təşəbbüs 2022-ci ilin noyabrında 120 gün, daha sonra isə iki dəfə iki ay müddətinə uzadılıb. Saziş 17 iyul tarixində başa çatıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/01/11/425981747_0:0:2731:2048_1920x0_80_0_0_03e74c092983a4b10a1e77ec42e70a7a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ukrayna rusiya türkiyə terror
ukrayna rusiya türkiyə terror
Türkiyədən Rostova gedən yük gəmisində partlayıcı maddələr aşkarlanıb
11:45 24.07.2023 (Yenilənib: 12:00 24.07.2023) İyul ayında Türkiyənin Tuzla limanında gəminin 12 Ukrayna vətəndaşından ibarət heyəti və adı dəyişdirilib.
BAKI, 24 iyul — Sputnik. Terror və təxribat hərəkətlərinin qarşısının alınması, təhlükəsizliyin təmin edilməsi məqsədilə Kerç boğazından keçən gəmilərdə yoxlamalar aparılır. Bu barədə Rusiya FTX məlumat yayıb.
Qeyd olunur ki, iyulun 22-də taxıl yükləmək üçün Türkiyədən Rostov-na-Don limanına gedən xarici quru yük gəmisinin ambarında dinitrotoluol və tetril partlayıcı maddələrin izləri, həmçinin quru yük gəmisinin konstruksiya hissələrinə üçüncü tərəfin müdaxiləsi əlamətləri aşkar edilib.
Müəyyən edilib ki, gəmi mayın sonunda Ukraynanın Kiliya limanında olub. Eyni zamanda, iyul ayında Türkiyənin Tuzla limanında gəminin 12 Ukrayna vətəndaşından ibarət heyəti və adı dəyişdirilib.
Hüquq-mühafizə orqanının məlumatına görə, bu hallar Ukrayna ərazisinə partlayıcı maddələrin çatdırılması üçün xarici mülki gəmidən istifadənin mümkünlüyünə əsas verir.
Xatırladaq ki, iyulun 17-də Rusiya taxıl sazişində iştirakının dayandırdığını açıqlayıb. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Rusiya Türkiyə və Ukraynaya, eləcə də BMT Katibliyinə razılaşmanın uzadılmasına etiraz barədə məlumat verib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə Qara dəniz taxıl təşəbbüsü məsələsi ilə bağlı danışıqlar aparmaq niyyətində olduğunu bildirib.
Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən 2022-ci il iyulun 22-də imzalanan "Taxıl sazişi" Odessa da daxil olmaqla üç limandan Ukrayna taxılının, ərzaq və gübrələrin Qara dəniz vasitəsilə ixracını nəzərdə tutur. Bu təşəbbüs 2022-ci ilin noyabrında 120 gün, daha sonra isə iki dəfə iki ay müddətinə uzadılıb. Saziş 17 iyul tarixində başa çatıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.