Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin ehtiyatda olanların yaş həddini qaldırdı

© Sputnik / Aleksey Nikolskiy / Mediabanka keçidRusiya Prezidenti Vladimir Putin
Rusiya Prezidenti Vladimir Putin  - Sputnik Azərbaycan, 1920, 24.07.2023
Abunə olmaq
Rusiya prezidenti hərbi rütbələrə malik vətəndaşlar üçün ehtiyatda olma yaş həddinin 5 il artırılması haqqında qanun imzalayıb.
BAKI, 24 iyul — Sputnik. Prezident Vladimir Putin əsgər, matros, çavuş, komandir, gizir və miçman hərbi rütbələrinə malik vətəndaşlar üçün ehtiyatda olma yaş həddinin 5 il artırılması haqqında qanun imzalayıb. Müvafiq fərman hüquqi aktlar portalında dərc olunub.
Ehtiyatda olanların səfərbərlik ehtiyatında qalma yaş həddi artırılıb: yüksək rütbəli zabitlər üçün - 65 yaşa qədər (60 yaşdan), kiçik zabitlər üçün - 60 yaşa qədər (55 yaşdan), digər rütbələrdə olanlar üçün - 55 yaşa qədər (45 yaşdan). Ali zabit rütbəsi olanlar üçün yaş həddi dəyişdirilməyib (70 yaş).
Birinci kateqoriyadan olan hərbi qulluqçular üçün yaş həddi 35-dən 40-a, ikinci dərəcəli hərbi qulluqçuların yaş həddi 45-dən 50-yə, üçüncü dərəcəli hərbi qulluqçular üçün isə 50-dən 55-ə qaldırılıb. Yaşı 52-dən aşağı olan əcnəbi vətəndaşla da müqavilə bağlamaq mümkün olacaq.
Qanunda nəzərdə tutulur ki, 2024-cü il yanvarın 1-dən 2028-ci il yanvarın 1-dək çağırışçıların mərhələli şəkildə pensiyaya çıxacağı dövr olacaq. 2024-cü ildə 50 yaşı tamam olan vətəndaşlar 51 yaşa, 2025-ci ildə 52 yaşa qədər ehtiyatda qalacaqlar.
Qanun layihəsi Dövlət Dumasına 2022-ci ilin noyabrında təqdim edilib, onu müdafiə komitəsinin sədri Andrey Kartapolovun başçılıq etdiyi bir qrup deputat hazırlayıb. Üçüncü oxunuşda təşəbbüs iyulun 18-də qəbul edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0