https://sputnik.az/20230723/rusiyada-erzaq-inflyasiyasi-avropada-en-asagi-seviyyede-olub-457052513.html
Rusiyada ərzaq inflyasiyası Avropada ən aşağı səviyyədə olub
Rusiyada ərzaq inflyasiyası Avropada ən aşağı səviyyədə olub
Sputnik Azərbaycan
Ərzaq inflyasiyasının ən yüksək səviyyəsi 10 ayda ilk dəfə olaraq 30 faizdən aşağı düşərək 29,3 faiz təşkil edən Macarıstanda müşahidə olunub. 23.07.2023, Sputnik Azərbaycan
2023-07-23T17:34+0400
2023-07-23T17:34+0400
2023-07-23T17:34+0400
rusiya
ərzaq
avropa
inflyasiya
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/14/437399207_0:0:3077:1731_1920x0_80_0_0_b94902627d6815e428b50e28e56fcd02.jpg
BAKI, 23 iyul - Sputnik. İyun ayında Rusiyada illik ərzaq inflyasiyası 0,08 faiz təşkil edib ki, bu da bütün Avropa ölkələri arasında ən aşağı səviyyədir. Bu barədə RİA Novosti məlumat yayıb. Yazda Rusiyada qida və alkoqolsuz içkilərdə illik deflyasiya qeydə alınıb: 2018-ci ildən bəri ilk dəfə apreldə müşahidə olunub, may ayında rekord göstəriciyə - 1,12 faizə çatıb. Ərzaq inflyasiyasının ən yüksək səviyyəsi 10 ayda ilk dəfə olaraq 30 faizdən aşağı düşərək 29,3 faiz təşkil edən Macarıstanda müşahidə olunub. Bundan əlavə, 20 faizdən yuxarı illik qiymət artımı Serbiyada (22,1 faiz) qalıb. İlk beşliyə həmçinin Estoniya (19,5 faiz), Slovakiya (18,9 faiz) və Rumıniya (17,9 faiz) daxil olub. Əksər Avropa ölkələrində yayın əvvəlində inflyasiya yavaşlayıb, ən çox Macarıstanda (4,7 faiz bəndi). Eyni zamanda, regionun beş ölkəsində inflyasiya sürətlənib, xüsusilə Kiprdə may ayında 8,38 faizdən 10,12 faizə və Rusiyada (+1,2 faiz bəndi)yüksəlib . İyunun əvvəlində baş nazir Mixail Mişustin Rusiyada inflyasiyanın dünyada ən aşağı səviyyələrdən birində olduğunu bildirmişdi. O, əmək bazarında sabit vəziyyətin olduğunu da qeyd edib. Baş nazirin sözlərinə görə, Rusiyada işsizlik fevral ayından bəri 3,2 faizlə rekord həddə çatıb. May ayında Mişustin Rusiyada inflyasiyanın səviyyəsini Avropada ən aşağı səviyyədə olduğunu bildirib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/14/437399207_99:0:2830:2048_1920x0_80_0_0_90554bfee46180390b08bb6b571cd654.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
ərzaq, avropa, inflyasiya
ərzaq, avropa, inflyasiya
Rusiyada ərzaq inflyasiyası Avropada ən aşağı səviyyədə olub
Ərzaq inflyasiyasının ən yüksək səviyyəsi 10 ayda ilk dəfə olaraq 30 faizdən aşağı düşərək 29,3 faiz təşkil edən Macarıstanda müşahidə olunub.
BAKI, 23 iyul - Sputnik. İyun ayında Rusiyada illik ərzaq inflyasiyası 0,08 faiz təşkil edib ki, bu da bütün Avropa ölkələri arasında ən aşağı səviyyədir. Bu barədə RİA Novosti məlumat yayıb.
Yazda Rusiyada qida və alkoqolsuz içkilərdə illik deflyasiya qeydə alınıb: 2018-ci ildən bəri ilk dəfə apreldə müşahidə olunub, may ayında rekord göstəriciyə - 1,12 faizə çatıb.
Ərzaq inflyasiyasının ən yüksək səviyyəsi 10 ayda ilk dəfə olaraq 30 faizdən aşağı düşərək 29,3 faiz təşkil edən Macarıstanda müşahidə olunub. Bundan əlavə, 20 faizdən yuxarı illik qiymət artımı Serbiyada (22,1 faiz) qalıb. İlk beşliyə həmçinin Estoniya (19,5 faiz), Slovakiya (18,9 faiz) və Rumıniya (17,9 faiz) daxil olub.
Əksər Avropa ölkələrində yayın əvvəlində inflyasiya yavaşlayıb, ən çox Macarıstanda (4,7 faiz bəndi). Eyni zamanda, regionun beş ölkəsində inflyasiya sürətlənib, xüsusilə Kiprdə may ayında 8,38 faizdən 10,12 faizə və Rusiyada (+1,2 faiz bəndi)yüksəlib .
İyunun əvvəlində baş nazir Mixail Mişustin Rusiyada inflyasiyanın dünyada ən aşağı səviyyələrdən birində olduğunu bildirmişdi. O, əmək bazarında sabit vəziyyətin olduğunu da qeyd edib. Baş nazirin sözlərinə görə, Rusiyada işsizlik fevral ayından bəri 3,2 faizlə rekord həddə çatıb.
May ayında Mişustin Rusiyada inflyasiyanın səviyyəsini Avropada ən aşağı səviyyədə olduğunu bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.