https://sputnik.az/20230723/rusiya-qosunlari-odessada-ukrayna-silahli-quvvelerinin-obyektlerine-raket-zerbesi-endirib-457052264.html
Rusiya qoşunları Odessada Ukrayna Silahlı Qüvvələrinin obyektlərinə raket zərbəsi endirib
Rusiya qoşunları Odessada Ukrayna Silahlı Qüvvələrinin obyektlərinə raket zərbəsi endirib
Sputnik Azərbaycan
Müdafiə Nazirliyinin nümayəndələri vurulmuş obyektlərdə əcnəbi muzdluların olduğunu, planlaşdırılan bütün hədəflərin uğurla məhv edildiyini də qeyd ediblər. 23.07.2023, Sputnik Azərbaycan
2023-07-23T15:29+0400
2023-07-23T15:29+0400
2023-07-23T15:29+0400
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
rusiya
ukrayna
raket
https://cdnn1.img.sputnik.az/img/07e6/03/0e/440130790_0:120:1280:840_1920x0_80_0_0_ec28399fb6d4f1e97fb6ec3909f0519e.jpg
BAKI, 23 iyul - Sputnik. İyulun 22-dən 23-nə keçən gecə Rusiya hərbçiləri Ukrayna Silahlı Qüvvələrinin (USQ) terror aktlarının hazırlandığı Odessadakı obyektlərinə yüksək dəqiqlikli raket hücumu həyata keçirib. Bu barədə jurnalistlərə Rusiya Müdafiə Nazirliyinin nümayəndələri məlumat verib. “Bu gecə Rusiya Federasiyası Silahlı Qüvvələri Odessa şəhəri yaxınlığında pilotsuz katerlərdən istifadə etməklə Rusiya Federasiyasına qarşı terror aktları hazırlanan obyektlərə, eləcə də onların istehsal olunduğu yerlərə dəniz və havadan uzaqmənzilli dəqiq silahlardan zərbə endirib”, - məlumatda deyilir. Müdafiə Nazirliyinin nümayəndələri vurulmuş obyektlərdə əcnəbi muzdluların olduğunu, planlaşdırılan bütün hədəflərin uğurla məhv edildiyini də qeyd ediblər. Ukrayna Silahlı Qüvvələrinin Odessadakı obyektlərinə cavab zərbələri iyulun 17-də Krım körpüsündə baş vermiş terror aktına Rusiyanın növbəti cavabı oldu. İyulun 18 və 19-da Rusiya hərbçiləri artıq Odessa vilayətinə zərbələr endiriblər. Əvvəlcə Odessada pilotsuz katerlərin istehsal edildiyi gəmi təmiri zavoduna zərbə endirilib, daha sonra Ukraynanın hərbi sənaye kompleksinin obyektlərinə və Ukrayna Silahlı Qüvvələrinin Odessadakı anbarlarına zərbə endirilib. Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/03/0e/440130790_0:0:1280:960_1920x0_80_0_0_bf23ab04f14ee1ee79095d9a94130894.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
rusiya, ukrayna, raket
Rusiya qoşunları Odessada Ukrayna Silahlı Qüvvələrinin obyektlərinə raket zərbəsi endirib
Müdafiə Nazirliyinin nümayəndələri vurulmuş obyektlərdə əcnəbi muzdluların olduğunu, planlaşdırılan bütün hədəflərin uğurla məhv edildiyini də qeyd ediblər.
BAKI, 23 iyul - Sputnik. İyulun 22-dən 23-nə keçən gecə Rusiya hərbçiləri Ukrayna Silahlı Qüvvələrinin (USQ) terror aktlarının hazırlandığı Odessadakı obyektlərinə yüksək dəqiqlikli raket hücumu həyata keçirib. Bu barədə jurnalistlərə Rusiya Müdafiə Nazirliyinin nümayəndələri məlumat verib.
“Bu gecə Rusiya Federasiyası Silahlı Qüvvələri Odessa şəhəri yaxınlığında pilotsuz katerlərdən istifadə etməklə Rusiya Federasiyasına qarşı terror aktları hazırlanan obyektlərə, eləcə də onların istehsal olunduğu yerlərə dəniz və havadan uzaqmənzilli dəqiq silahlardan zərbə endirib”, - məlumatda deyilir.
Müdafiə Nazirliyinin nümayəndələri vurulmuş obyektlərdə əcnəbi muzdluların olduğunu, planlaşdırılan bütün hədəflərin uğurla məhv edildiyini də qeyd ediblər.
Ukrayna Silahlı Qüvvələrinin Odessadakı obyektlərinə cavab zərbələri iyulun 17-də Krım körpüsündə baş vermiş terror aktına Rusiyanın növbəti cavabı oldu. İyulun 18 və 19-da Rusiya hərbçiləri artıq Odessa vilayətinə zərbələr endiriblər. Əvvəlcə Odessada pilotsuz katerlərin istehsal edildiyi gəmi təmiri zavoduna zərbə endirilib, daha sonra Ukraynanın hərbi sənaye kompleksinin obyektlərinə və Ukrayna Silahlı Qüvvələrinin Odessadakı anbarlarına zərbə endirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.