Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin və Lukaşenko Sankt-Peterburqda görüşüb

© Sputnik / Александр ДемьянчукPutin və Lukaşenko
Putin və Lukaşenko - Sputnik Azərbaycan, 1920, 23.07.2023
Abunə olmaq
Dövlət başçılarının təhlükəsizlik, beynəlxalq gündəm, iqtisadi əməkdaşlıq və qeyri-qanuni sanksiyalara qarşı birgə müqavimət mövzularını müzakirə edəcəyi gözlənilir.
BAKI, 23 iyul - Sputnik. Rusiya prezidenti Vladimir Putin Rusiyada işgüzar səfərdə olan belaruslu həmkarı Aleksandr Lukaşenko ilə görüşüb. Bu barədə TASS xəbər yayıb.
Belarus dövlətinin başçısı ötən gecə Rusiyaya gəlib.
Əvvəllər xəbər verildiyi kimi, liderlər Rusiya-Belarus strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin, eləcə də İttifaq dövləti çərçivəsində inteqrasiya əməkdaşlığının gələcək inkişafının aktual məsələlərini müzakirə etməyi planlaşdırırlar.
Bundan əlavə, söhbət zamanı Putin və Lukaşenko təhlükəsizlik, beynəlxalq gündəm, iqtisadi əməkdaşlıq və qeyri-qanuni sanksiyalara qarşı birgə müqavimət mövzularına toxuna bilərlər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0