Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Nijni Novqoroddan Azərbaycana ixracın həcmi yüksək faizlə artıb

© Pexels Chanaka ixrac
 ixrac - Sputnik Azərbaycan, 1920, 21.07.2023
Abunə olmaq
Nijni Novqorod vilayətindən Azərbaycana əsas ixrac malları faner, kənd təsərrüfatı və kimya məhsulları, dərman vasitələri, borular və ərzaq məhsulları olub.
BAKI, 21 iyul — Sputnik. Nijni Novqorod vilayəti ilə Azərbaycan Respublikası arasında ticarət-iqtisadi əlaqələr uğurla inkişaf edir. Nijni Novqorod vilayətinin İxraca Dəstək Mərkəzinin rəhbəri Aleksandra Bessonova Rusiya Federasiyasının Azərbaycandakı Nijni Novqorod biznes və ticarət nümayəndəsi Ruslan Mirsayapovun iştirakı ilə keçirilən videokonfrans zamanı bu barədə danışıb.
Mərkəz rəhbəri qeyd edib ki, 2022-ci ildə ixracın həcmi 2021-ci illə müqayisədə 53 faiz artıb. Əsas ixrac malları faner, kənd təsərrüfatı və kimya məhsulları, dərman vasitələri, borular və ərzaq məhsulları olub.
Aleksandra Bessonova əlavə edib ki, hazırda 200-dən çox Nijni Novqorod şirkəti Azərbaycana məhsul ixrac edir. Nijni Novqorod vilayətindən Azərbaycana ixracın müsbət dinamikası böyüməyə doğru istiqamət alıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0