Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Ərdoğan yaxın vaxtlarda Putinlə Taxil Sazişi ilə bağlı danışıqlar aparacaq

© AP Photo / Ali UnalTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 21.07.2023
Abunə olmaq
Ərdoğan Taxıl sazişi vasitəsilə dünya bazarlarına 33 milyondan çox taxıl göndərildiyini də vurğulayıb.
BAKI, 21 iyul — Sputnik. Taxıl sazişinin dayandırılması bəzi regionlarda ərzaq qiymətinin artımına, aclığa və yeni miqrasiya dalğalarına səbəb olacaq.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Şimali Kipr Türk Respublikasına səfərindən qayıdarkən jurnalistlərə açıqlamasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Türkiyə Prezidenti Rusiya ilə münasibətlərinin normal olduğunu, həm XİN, həm də Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) səviyyəsində danışıqların davam etdirildiyini qeyd edib.
"Bu danışıqların nəticəsi kimi bu məsələni tezliklə cənab Putinlə müəyyən yerə bağlayacağıq. Rusiyanın da müəyyən gözləntiləri var. Əgər bunlar olarsa, Rusiyanın bu mövzuda aktiv fəaliyyət göstərməsinin şahidi olacağıq. İnanıram ki, məsələni cənab Putinlə ətraflı müzakirə etməklə biz bu humanitar hərəkatın davamını təmin edəcəyik" - Ərdoğan deyib.
Türkiyə prezidenti Taxıl sazişi vasitəsilə dünya bazarlarına 33 milyondan çox taxıl göndərildiyini də vurğulayıb:
"Bununla da, biz pandemiya və iqtisadi böhrandan sonra nəticələri daha ağır olacaq qlobal ərzaq böhranının qarşısını aldıq".
Türkiyə lideri Putinin avqustda Türkiyəyə edəcəyi səfərdə də sözügedən məsələni müzakirə edəcəklərini əlavə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0