Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Türkiyə bu il qiymətlərin artması üzündən 2 milyon rusiyalı turistdən məhrum ola bilər

© Sputnik Vladimir Vyatkin / Mediabanka keçidturist
turist - Sputnik Azərbaycan, 1920, 20.07.2023
Abunə olmaq
Qurum rəhbərinin qənaətinə görə, Türkiyədə qiymətlərin 30% artması və valyuta məzənnələrinin dəyişməsi turların qiymətinə təsirsiz ötüşməyib.
BAKI, 20 iyul — Sputnik. Rusiyadan Türkiyəyə gedən turist axını yay səyahət qiymətlərinin 47% artması üzündən 2023-cü ildə keçən ilki səviyyədə qala və, təxminən 5 milyon nəfər təşkil edə bilər, halbuki, bu rəqəmin daha əvvəl 7 milyona qədər artacağı proqnozlaşdırılırdı.
Bunu Rusiya Səyahət Sənayesi İttifaqının prezidenti İlya Umanski mətbuat konfransında bildirib.

"Biz gözləyirdik ki, ötən il Türkiyəyə 5,2 milyon rusiyalı gedibsə, bu il həmin rəqəm 7 milyon olacaq. Amma təəssüf ki, həm Türkiyədəki tətil qiymətlərinin, həm də milli valyutamızın məzənnəsinin dəyişməsi üzündən bu günə qədər proqnozlar özünü doğrultmur. Türkiyədə, təəssüf ki, qiymətlər xeyli artıb. Türkiyədə yay tətili xərclərinin artımı 47% təşkil edib. Bu il turist axını baxımından, təxminən ötən ilki rəqəmlərin təkrarı olacaq", - deyə Umanski bildirib.

Onun sözlərinə görə, turların dəyərinin 47% artması həm Türkiyənin özündə qiymətlərin 30% artmasını, həmçinin valyuta məzənnələrinin dəyişməsini ehtiva edir.
Umanski, keçən il Türkiyəyə turlar üçün ortalama çekin təxminən 170 min rubla, bu il isə 250 min rubla bərabər olduğunu söyləyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0