Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Qərb Krım körpüsünə hücumu və dinc sakinlərin ölümünü "görməyib" - Zaxarova

© SputnikKrım
Krım  - Sputnik Azərbaycan, 1920, 20.07.2023
Abunə olmaq
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova jurnalistlərin suallarını cavablandırıb.
BAKI, 20 iyul — Sputnik. Beynəlxalq ictimaiyyət Krım körpüsünə hücumu və bunun nəticəsində mülki şəxslərin həlak olmasını "görməyib". Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
"Beynəlxalq ictimaiyyətin reaksiyasına baxın - heç kim nə hücuma, nə öldürülən dinc sakinlərə, nə də yer üzündəki cəhənnəmdən sağ çıxan qıza fikir verməyib. Amma onlar, sadəcə olaraq, maşınla körpüdən keçirdilər. Xatırladım: adətən Qərb dəhşət, faciə baxımından bu əhvalatdan daha az faciəli görünən hadisələri götürür və onlardan əsl informasiya kampaniyaları hazırlayır. Yalnız bu obrazlar onların ideologemlərinə xidmət göstərdikdə bunu edirlər", - deyə Zaxarova brifinqdə jurnalistlərə bəyan edib.
© Sputnik / Максим Богодвид / Mediabanka keçidRusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova
ПМЭФ-2022. Сессия. Fake news в эпоху глобализации - Sputnik Azərbaycan, 1920, 20.07.2023
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova
"Onların dünyaya baxışlarına hər hansı bir şey uyğun gəlməməyə başlayanda - uşaqların taleyi onları maraqlandırmır", - deyə o əlavə edib.
Qeyd edək ki, iyulun 17-nə keçən gecə Ukrayna iki yerüstü pilotsuz uçuş aparatı ilə Krım körpüsünə hücum edib. İki nəfər - Belqorod vilayətindən olan ər-arvad həlak olublar, onların 14 yaşlı qızları isə xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Körpünün avtomobillər keçən hissəsi zədələnib, ərazidə ikitərəfli hərəkət payıza qədər bərpa olunacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0